İntensiv yağan yağışlar Quba-Xınalıq yolunun 50-57-ci kilometrlikləri arasında fəsadlar yaradıb.
Bizim.Media xəbər verir ki, sel sularının gətirdiyi daş parçaları yolun bu hissəsini bağlayıb.
Quba 5 saylı yol istismar idarəsinin əməkdaşları dərhal ərazidə bərpa işlərinə başlayıb.
Yolun təmizlənməsi işlərinə başlanılacaq.
Quva FHK-nın sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov Bizim.Media-ya qısa vaxt ərzində yolun açılmasının təmin ediləcəyini deyib.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu