Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, yolu keçən 1984-cü il təvəllüdlü Zamirə Xasay qızı Abbasovanı avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı onurğa-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bizim.Media