Zelenski andını POZDU – Ukrayna sülh İSTƏYİR – TƏHLİL 

Nəhayət ki, Ukrayna dilə gəldi və sülh istədi. 

Çinə səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə deyib ki, Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır:

“Ukrayna Rusiya tərəfi ilə dialoq və danışıqlar aparmağa hazırdır. Əlbəttə, danışıqlar ədalətli və davamlı sülhə nail olmaq üçün rasional olmalı və praktiki əhəmiyyət kəsb etməlidir”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin rəsmi Moskva ilə danışıqlara hazır olduğunu deyib. Zelenski bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə istənilən vaxt görüşməyə hazırdır.

Bu da o deməkdir ki, Ukrayna prezidenti münaqişənin tez bir zamanda dayandırılmasının vacibliyini axır ki, anlayıb. O.  iyulun 21-də BBC yayım korporasiyasına müsahibəsində Ukraynada bu cür danışıqları qadağan edən fərmana baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyündən danışıb. Ukrayna prezidenti həmçinin bildirib ki, “heç kim  10 il və ya uzun illər davam edəcək silahlı münaqişəyə razı olmayacaq”. 

Son 1 ayda nə dəyişdi?

Halbuki, bundan bir ay əvvəl Volodimir Zelenskinin təşəbbüsü ilə İsveçrənin Bürgenstok şəhərində “Ukrayna üzrə sülh konfransı” keçirilmişdi. Bu konfransla bağlı Zelenski xeyli müddət əvvəl bütün dünya dövlətlərinə müraciət etmişdi. Müraciət olunanlar arasında G7, G20 və BRICS ölkələri də var. Ümumilikdə, dəvətlilər siyahısında dünyanın 120 ölkəsindən 160 nümayəndə heyəti vardı. 

Lakin İsveçrədə baş tutan görüşdə 80-dən bir az artıq ölkənin təmsilçiləri iştirak etmişdi.

Maraqlıdır ki, sammitə qatılmayan ölkələr arasında Çin, Braziliya, Səudiyyə Ərəbistanı və digər böyük dövlətlər vardı. Bundan əlavə, iştirakçı ölkələrin bir çoxu samittə ikinci heyətlə qatıldı. Məsələn, ABŞ prezidenti Co Baydeni bu sammitdə vitse-prezident Kamala Harris və Amerika liderinin müşaviri Ceyk Sallivan təmsil etdi. 

Ümumilikdə isə sammit maraqsız keçdi. Çünki sammitin adı sülh olsa da, bu tədbirdə müharibədəki qarşı tərəf iştirak etmirdi. Ona görə də bir sıra dövlət liderləri tədbirə qatılmaq istəmədi. Bu azmış kimi Ukrayna münaqişəsi ilə bağlı Braziliya və Çin alternativ sülh konfransının keçirilməsini təklif etdi. Onlar belə hesab etdilər ki, Moskvasız keçirilən istənilən diplomatik forum sülh gətirməyəcək. 

Braziliya və Çinin dediyi oldu. 

Nəzərə alaq ki, Ukrayna Prezidenti hər zaman sülhdən danışsa da, heç vaxt bu məsələdə Rusiyanı qarşı tərəf kimi görməyib. Əvəzində isə sülh çağırışları ilə Rusiyaya qarşı daha böyük koalisiya yaratmağa çalışıb. Əslində isə Zelenski bütün çağırışlarının sonu maliyyə yardımı istəməklə yekunlaşıb. Məhz bu səbəbdən Braziliya, Çin, Səudiyyə Ərəbistanı və bir sıra ölkələr Zelenskinin son konfransına qatılmadı.  

Zelenski indiyə qədər atəşkəs təkliflərindən niyə qaçırdı?

Nəzərə alaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin hazırki təmas xəttini saxlamaq şərti ilə döyüşləri dayandırmağa hazır olması barədə xəbər yayıldı. Amma Ukrayna Prezidenti o zaman Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiklərini açıqladı. Bunu da belə izah etdi ki, “Rusiya  öz mövqelərini gücləndirmək üçün bu variantdan istifadə edir”. 

Baxmayaraq ki, Zelenskinin bu fikirləri o qədər də razılıqla qarşılanmadı. Çünki ən pis sülh danışıqları və yaxud atəşkəs istənilən müharibədən yaxşıdır. Ona görə də bu cür qeyri-ciddi çıxışları ilə Zelenski həm özünün, həm də ölkəsinin imicinə çox böyük zərbə vurur. 

Bəs Zelenski sülhü niyə indi istəyir?

Nəzərə alaq ki, Ukrayna-Rusiya müharibəsinin başlamasından 29 aydan artıq vaxt keçir. Bu isə kifayət qədər uzun müddətdir. Əgər müharibənin ilk aylarında münaqişənin yan təsirləri vardısa, artıq əksər ölkələr Ukraynadakı müharibədən aldıqları ziyanı sığortalayıb. Hətta qonşu dövlətlər belə öz iqtisadi-siyasətlərini yeni reallıqlar üzərində qurub. Bundan əlavə, bu müharibədə Rusiyanın uduzacağına inanmayanların sayı getdikcə artır. Ona görə də Zelenski reallıqla barışmaq zorunda qalıb. 

Açıq etirazlar başlayıb...

Artıq heç kim daha əvvəlki kimi Ukraynaya yardım etmir. Əksinə, tezliklə bu problemdən qurtulmağa çalışırlar. Məsələn, Almaniya kansleri Olaf Şolts ötən gün bəyan edib ki, Almaniya Ukraynaya qoşun göndərməyəcək və Rusiya ilə müharibəyə səbəb ola biləcək hər hansı addım atmayacaq:

“Mən Ukraynaya əsgər göndərmirəm. Mən alman pilotları və alman qırıcıları ilə rus təyyarələrini və raketlərini vurmayacağam. Xeyr, bunu etməyəcəyik”.

“Rusiya və Çinin iştirakı olmadan Ukraynada sülh danışıqlarının heç bir mənası yoxdur”. 

Bunu isə Çexiya prezidenti Petr Pavel bu gün “CTK” agentliyinə müsahibəsində bildirib. O qeyd edib ki, Rusiya və Çinin danışıqlar masasında iştirakı olmadan hər hansı sülhə nail olmaq həqiqətən mümkün olmayacaq.

Bənzər məzmunlu bəyənatla Polşa XİN də çıxış edib. Onlar münaqişənin davam edəcəyi təqdirdə yaxın 4 ayda Polşaya 9 milyon ukraynalının gələcəyindən narahatlıqlarını ifadə ediblər. 
 

Ən nəhayət, Ukrayna üçün ən pis xəbər okeanın o tayından gəldi. 

Co Baydenin namizədlikdən geri şəkilməsindən sonra Donald Trampın prezident seçilmə ehtimalı Zelenskinin bütün ümidlərini puç elədi. 

Ona görə də Zelenski öz qərarına qarşı çıxıb, sülh danışıqlarına hazır olduqlarını dilə gətirdi. Nəzərə alaq ki, Ukraynada prezidentinin müvafiq  fərmanı ilə Rusiya ilə sülh istəyən, hətta bu barədə danışan şəxs cinayət məsuliyyətinə cəlb edilir.

Amma bir məsələ var ki, Rusiya sülh danışıqlarına hazır olduğunu desə də, qarşı tərəf kimi Zelenskini görmür. Putin hesab edir ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin 25 mayında başa çatıb.

Belə olan halda, sülhün necə təmin olunacağı isə qaranlıq olaraq qalır...

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Azərbaycanda hər kəsi düşündürən azalma – Səbəb nədir?

Azərbaycanda hər kəsi düşündürən azalma – Səbəb nədir?

İstirahət günləri sevgidə şanslı olacaq BÜRCLƏR

İstirahət günləri sevgidə şanslı olacaq BÜRCLƏR

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

“Sumqayıt”da braziliyalı qapıçı

“Sumqayıt”da braziliyalı qapıçı

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO