Səfa Mirzəyev VƏFAT ETDİ

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə report-a mərhumun ailəsindən məlumat verilib.

O, uzun sürən xəstəlikdən sonra biraz əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri olub. 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. 11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İki il öncə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

Şabranda kişi evinin həyətində ölü tapıldı

Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"

Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO

Makronun İrəvan FİASKOSU – Ermənilərin gizlətməyə çalışdığı tarixi irsimiz belə İFŞA OLDU – VİDEO

Azərbaycan millisi dünya çempionu oldu - FOTO

İran XİN: “Nüvə proqramı müzakirə mövzusu deyil”

Nazir Kəlbəcərin yeganə məzununun “Son zəng”ində - FOTO

Xamenei yüzlərlə məhbusu ƏFV ETDİ

Xamenei yüzlərlə məhbusu ƏFV ETDİ

Biləsuvarda evə girən oğru tanındığını bilincə qadını 20 yerdən bıçaqladı - TƏFƏRRÜAT

Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU

Ermənistandakı seçkilərin yekun nəticələri BU TARİXDƏ açıqlanacaq

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

MİQ-də ən böyük çatışmazlıq bu fənlərdədir: vakansiya illərlə boş qalır

Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU - FOTO

Bakıda mühüm görüş: TRİPP-in icrası nəzərdən keçirildi - FOTO

"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO

Bəqai: ABŞ ilə memorandum sabah imzalanmayacaq

Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi – FOTO

Bakı məktəbinin koreyalı məzunu: "Azərbaycanı çox sevirəm" - FOTO

"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı REAKSİYA

Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTO

Bakıda koreyalı atanın məzun övladına dediyi sözlər GÜLDÜRDÜ - VİDEO

Kürdəmirdə ağır yol qəzası: 3 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO