Bilal Əliyev: “18 minlik kostyumumun üstünə 4 bakal pivə tökdü” – VİDEO  

Xalq artisti Bilal Əliyevin sosial şəbəkələrdə yayılmış videosu müzakirə yaradıb. 

Bizim.Media xəbər verir ki, sözügedən videoda Xalq artistinin stolun üstündən götürdüyü spirtli içkini qəsdən məclis iştirakçılarından birinin üzərinə tökdüyü görünür. Sosial şəbəkə istifadəçiləri həmin kadrları birmənalı qarşılamayıb, müxtəlif fikirlər səsləndiriblər. 

Bilal Əliyev “qafqazinfo.az”a açıqlamasında sözügedən kadrların bir müddət əvvəl Nərimanov rayonunda yeni açılmış restorandakı mərasimdə qeydə alındığını deyib.

Müğənninin sözlərinə görə, açılış mərasimində onu gözü götürməyən qonaqların sifarişi ilə ofisiant guya ehtiyatsızlıqdan onun 18 min manatlıq kostyumunun üstünə 4 bakal pivə töküb: 

“Həmin gün geyindiyim kostyum Londondan alınmışdı. Qiyməti də bizim pulla 18 min manatdır. Ondan bir gün əvvəl isə eyni kostyumu başqa məclisə geyinmişdim. Üstünə pivə tökdüyüm gənc müğənni də orada idi. Kostyumdan söz düşdü, mən də çox bahalı olduğunu dedim. Adını yaddan çıxardığım gənc müğənni məni səhəri gün üçün restoranın açılışına dəvət etdi. 

Mən də nə bilim ki, paxıllıq hissi var. Açılış günü məndən xahiş etdi ki, stollardan birinə yaxınlaşıb oxuyum. Həmin vaxt ofisiant əlindəki pivələrin hamısını üstümə dağıtdı. O an elə ağlıma gəldi ki, dünən bu kostyumdan danışanda müğənni də orada idi.

Bu gün də paxıllıq hissi bəslədiyi üçün qonaqlara danışıb, qonaqlardan da kimsə ofisianta sifariş verib. Mən də məhz ona görə stolun üstündəki yarımçıq pivə bakalını həmin müğənninin üstünə tökdüm ki, görsün necədir?!” 
Xalq artisti qeyd edib ki, onun kimi böyük sənətkara qarşı belə rəftarı qəbul etmədiyi üçün mərasimi tərk edib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

End of content

No more pages to load

RADİO