Kondisionerli qatarlarda niyə qan-tər içində işə çatırıq? – Metropolitendən absurd AÇIQLAMA

Yay fəsli özünü büruzə verəndən sonra metrodan istifadə edən hər kəs yeni qatarları axtarır. Çünki istiyə dözmək asan məsələ deyil, üstəlik xəttdə çalışan köhnə qatarlar da az deyil. Sərnişinlər kondisionerə görə yeni qatarlara üz tutsalar da, son zamanlar qəribə bir situasiya yaranıb.

Yeni qatarlarda insanlar qan-tərin içində işə gedirlər. Bu vəziyyət ortaya bir neçə sual çıxarır: maşinistlər kondisionerləri tam gücdə istifadə etmirlər, yoxsa sərinlətmə sistemlərinin gücü çatmır?
 

MÖVZU İLƏ BAĞLI:

Metronun bütün stansiyalarında təbii havalandırma qurğuları quraşdırılacaq - RƏSMİ


Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, maşinistlərin kondisioneri az gücdə istifadə etmək kimi bir seçimləri yoxdur:

“Çünki avtomatik rejimdə çalışır. İnsanların sayı, havanın hərarəti, mikroiqlim parametrləri və s. nəzərə alınaraq sistem özü təyin edir. Maşinistə kondisonerin zəif işləməsi ilə bağlı vaqonlardan müraciət olunanda o da mərkəzə müraciət edir. 

Bakı metrosunda yeni qatarlarda kondisioner avadanlığı və ya havanın isidib-soyudulması sistemi bir vaqonda quraşdırılması mümkün olan ən optimal sistemlərdən biridir.

Ancaq kondisionerlərin salonu tam soyutmaması, çatdırmamasının səbəbləri var. Filterlər vaxtından əvvəl tozla dola bilər”. 

Qatarın kondisioneri gücə düşür? 

Kondisonerlərin gücə düşməsinin səbəblərinə gəlincə, qurum rəsmisi sözlərinə belə davam edib:

“Kompressor sistemi daim güc altında çalışır. 12-20 saat ərzində qatar xətdə qaldığı üçün sistem dayanmadan fəaliyyət göstərir. Bunun neqativ təsirləri də olur. Konkret nümunələrlə bağlı şikayətlər olur. Amma bunun say baxımından çox olduğunu iddia etmək olmaz. 

Filterlərin işinə təsir göstərən amillərdən birincisi, tunel mühitində hərəkət etməsidir. İkinci məqam isə salonun özündə olan mikroiqlim nəzarət qapılarının açılıb-bağlanmasıdır. Yəni problemlərin səbəbləri müxtəlif ola bilir. Lakin əminliklə deyə bilərəm ki, operativ tədbirlərin görülməsi üçün bütün addımlar atılır.
Bunu da qeyd edim ki, Bakı metrosunda bu sahənin inkişafı təkcə qatarlarla bağlı deyil. Stansiya və tunellərdə havalandırma sisteminin inkişafı da vacibdir. Sözügedən nüanslar hamısı kompleks yanaşma tələb edir. Bir sistemin fəaliyyətini digəri ilə tənzimləmək yox, bir-birini tamamlaması aspektindən bunlar çox vacibdir”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” Puxaçla razılığa gəldi

“Sabah” Puxaçla razılığa gəldi

Tanınmış hakim təqaüdə göndərildi

Tanınmış hakim təqaüdə göndərildi

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Çinə gedən ABŞ rəsmilərinə telefon QADAĞASI - FOTO

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Yusif Həsənbəyin dəfn yeri AÇIQLANDI

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Paşinyan “Ermənistan xəritəsi”ni kəsməkdən imtina etdi – VİDEO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

Ağcabədidə güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

“Uzun Həsən” tarixi filminin yeni GÖRÜNTÜLƏRİ -VİDEO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Sabiq rektor vəfat etdi – FOTO

Sabiq rektor vəfat etdi – FOTO

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

"Ukraynanın 80-dən çox yaşayış məntəqəsini ələ keçirmişik" - Şoyqu

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Buraxılış imtahanlarında dəyişiklik olacaq - Məleykə Abbaszadə

Buraxılış imtahanlarında dəyişiklik olacaq - Məleykə Abbaszadə

Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

Azərbaycanda bu mənzillər ucuzlaşa bilər

WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan AZAD EDİLDİ

WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan AZAD EDİLDİ

Manaf Ağayev xanımı ilə belə görüntüləndi -Video

Manaf Ağayev xanımı ilə belə görüntüləndi -Video

Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

Yusif Həsənbəy vəfat etdi

Yusif Həsənbəy vəfat etdi

“Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar

“Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar

Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

İranda güclü ZƏLZƏLƏ

İranda güclü ZƏLZƏLƏ

“Qoyun deyil, donuzdur” – AQTA halal adıyla reklam etdiyi videoroliki niyə SİLDİ? – VİDEO

“Qoyun deyil, donuzdur” – AQTA halal adıyla reklam etdiyi videoroliki niyə SİLDİ? – VİDEO

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi SEÇİLDİ

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi SEÇİLDİ

"Alaves" “Barselona”nı belə məğlub etdi - VİDEO

"Alaves" “Barselona”nı belə məğlub etdi - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO - VİDEO

End of content

No more pages to load

RADİO