Seçki kampaniyası fonunda Ermənistanın bölgələrinə səfər edən Nikol Paşinyan növbəti dəfə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, Baş nazir Ermənistan xəritəsi şəklində tort kəsməkdən imtina edib.
O, yerli sakinlərdən xəritə formasında yemək hazırlamamağı xahiş edib:
"Xeyr, xeyr, çox sağ olun, nə demək istədiyinizi başa düşürəm, amma biz bu tortu kəsməyəcəyik! Və xahiş edirəm ki, tortlar, hətta digər yeməklər də Ermənistan formasında hazırlanmasın!", - deyə Paşinyan bildirib.
Bizim.Media