Bu gün İranda yerli vaxtla saat 11:17-də İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ vilayətin Bərdsir rayonunda 8 km dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Bizim.Media