Azərbaycan XİN Şuşa ilə bağlı Ermənistana cavab VERDİ

“Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinin azad edilməsi ilə ölkəmiz bu ərazilərin bərpa və quruculuq prosesinə başlayıb”.

Bizim.Media-nın xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Ermənistan XİN-in Azərbaycan tərəfindən Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb.

“Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur.

Şuşa şəhərində həyata keçirilən geniş miqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir.

Eyni zamanda onu da vurğulamaq istərdik ki, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində “İsgəndər M” raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən bu faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazırdır.

Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, qonşu dövlətin ərazilərini onilliklər ərazində qanunsuz hərbi işğal altında saxlayan Ermənistandan fərqli olaraq, torpaqlarını azad edən Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir; onların yenidən qurulması və qorunmasına dövlət səviyyəsində əhəmiyyət verilir.   

Ermənistana gəldikdə isə, bu ölkənin Azərbaycanın ərazilərində törətdiyi vəhşiliklər göz qabağındadır. Ermənistan bu ərazilərdəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edib və ya dəyişdirib, o cümlədən muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb.

Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Bütün bu vəhşiliklərə, beynəlxalq öhdəliklərin pozuntusuna səbəb olan bir ölkənin Azərbaycan tərəfindən öz ərazisində aparılan bərpa-quruculuq işləri ilə bağlı hər hansı şərh verməyə mənəvi, ya da hər hansı hüquqi əsası yoxdur.

Bu gün Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin, törətdiyi vandallıqların ağır nəticələrini aradan qaldırır, odur ki, belə olan halda Ermənistan XİN-in əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı”, - deyə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Kişi arvadını döydü - Pişik saxlayırmış

Kişi arvadını döydü - Pişik saxlayırmış

Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

Naxçıvanın dəmir yolları yenidən qurulur – VİDEO

Naxçıvanın dəmir yolları yenidən qurulur – VİDEO

35 ilin "kupça" böhranı – Yeni qayda vəziyyəti dəyişəcəkmi?

35 ilin "kupça" böhranı – Yeni qayda vəziyyəti dəyişəcəkmi?

“Qarabağ”ın ilk “play-off” SINAĞI – Tarixi görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

“Qarabağ”ın ilk “play-off” SINAĞI – Tarixi görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

Kişi həyat yoldaşını dayanacaqda döydü

Kişi həyat yoldaşını dayanacaqda döydü

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Bu gecə niyyət axşamıdır - FOTO

Bu gecə niyyət axşamıdır - FOTO

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

“Arsenal”ın skautları Bakıya GƏLDİ

“Arsenal”ın skautları Bakıya GƏLDİ

Emil Hüseynlinin Odessadan reportajı – FOTO/VİDEO

Emil Hüseynlinin Odessadan reportajı – FOTO/VİDEO

Rusiyada hərbi zavod VURULDU - VİDEO

Rusiyada hərbi zavod VURULDU - VİDEO

End of content

No more pages to load

RADİO