İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - VİDEO

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.

Bizim.Media xəbər verir ki, İnger Anderson COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, ölkəmiz qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcək. O vurğuladı ki, Azərbaycanda keçiriləcək COP29 çox vacibdir. Belə ki, burada iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin həqiqətən də ölkəmizin iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü və nümunəsi olduğunu deyən qonaq “Troyka” mexanizminin yaradılmasını çox vacib bir addım kimi dəyərləndirdi və bu müdrik qərara görə təbriklərini çatdırdı.

İnger Anderson əlavə etdi ki, dünya qazıntı yanacağından yeni yanacaq növünə doğru keçid prosesindədir. O dedi ki, buna görə də neft və qaz ixrac edən ölkələrin tənqid olunması cəhdləri ədalətli deyil və şəxsən bunu ədalətli hesab etmir. Qonaq vurğuladı ki, dünyada hər bir insanın bu cür enerji formasına ehtiyacı var.

Azərbaycanın yaşıl iqlim və yaşıl keçid nöqteyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirdiyini vurğulayan İnger Anderson metan öhdəliyi, dekarbonizasiya, neft və qaz sənayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımların önəmli olduğunu qeyd etdi.

Azərbaycanda milli səviyyədə ətraf mühit istiqamətində həyata keçirilən tədbirləri çox təqdir edərək buna görə təbriklərini çatdıran qonaq xüsusilə rəqəmsal əsaslı və “ağıllı kənd təsərrüfatı” konsepsiyasının inkişaf etdirilməsi, tullantıların idarə edilməsi, ətraf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə ölkəmizdə həyata keçirilən tədbirləri, Azərbaycanda bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yüksək qiymətləndirdi.

İnger Anderson ölkəmizə səfəri çərçivəsində ətraf mühit sahəsində fəaliyyət göstərən gənclər təşkilatı - IDEA-nın ətraf mühit könüllüləri və gəncləri ilə görüşdüyünü, Şirvan milli qoruğunda olduğunu məmnunluqla qeyd etdi.

Rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini bildirən qonaq 2026-cı il iyunun 5-də Dünya Ətraf Mühit Günü münasibətilə UNEP-in xətti ilə Azərbaycanda Dünya Ətraf Mühit Gününün keçiriləcəyini və bunun da qlobal miqyasda ətraf mühit baxımından ən vacib tədbirlərdən biri olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlıq edən Prezident İlham Əliyev UNEP ilə Azərbaycan arasında əməkdaşlıqdan, İnger Andersonun regionlarımıza səfər edərək oradakı ekomühitlə tanış olmasından və gənclərlə görüşündən məmnunluğunu bildirdi.

Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl enerjiyə keçid sahəsində planlarına toxunan dövlətimizin başçısı dedi ki, bu, siyasi iradəmizin olduğunu göstərir.

Prezident İlham Əliyev 200-ə yaxın dövlətin Azərbaycanın COP29-a sədrliyini yekdilliklə dəstəkləməsini ölkəmizə olan etimadın göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Qlobal Cənubu təmsil edir və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək.

Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz kiçik ada dövlətlərinin problemlərini prioritet istiqamətlərdən biri kimi müəyyən edib və “Troyka” çərçivəsində digər həmkarlarla bu məsələ ilə bağlı da yaxından işləyir.

Azərbaycanın özünün də iqlim dəyişikliyi problemlərindən əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, bir dövrdə Azərbaycanda quraqlıq halları, yağıntının miqdarının azalması baş verirdisə, son dövrlərdə yağıntının miqdarının artdığı müşahidə olunmaqdadır.

Söhbət zamanı tullantıların idarə olunması, Xəzər dənizinin ətraf mühit məsələləri, onun suyunun azalması və bu istiqamətdə daha sistemli işin, həmçinin əməkdaşlığın həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Ukraynalı aktrisa mənzilinin qarət olunmasından DANIŞDI - FOTO

Ukraynalı aktrisa mənzilinin qarət olunmasından DANIŞDI - FOTO

Bu gün “Qızıl top”u hansı futbolçu alacaq? - Lamin Yamal, Mbappe, Usman Dembele, Messi…

Bu gün “Qızıl top”u hansı futbolçu alacaq? - Lamin Yamal, Mbappe, Usman Dembele, Messi…

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdən paylaşım etdi – FOTO

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdən paylaşım etdi – FOTO

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi

Ötən il yumurta maya dəyərindən 3 dəfə BAHA SATILIB

Ötən il yumurta maya dəyərindən 3 dəfə BAHA SATILIB

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

Trampın YENİ PLANI – Orbanın BMT-nin baş katibliyinə namizədliyi İRƏLİ SÜRÜLDÜ

Trampın YENİ PLANI – Orbanın BMT-nin baş katibliyinə namizədliyi İRƏLİ SÜRÜLDÜ

Rusiyada dron qalıqları sərnişin qatarının üzərinə düşdü - 5 yaralı var - VİDEO

Rusiyada dron qalıqları sərnişin qatarının üzərinə düşdü - 5 yaralı var - VİDEO

Xəyanətin BƏDƏLİ – Boşanma zamanı təzminat ödəyəcəklər?

Xəyanətin BƏDƏLİ – Boşanma zamanı təzminat ödəyəcəklər?

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTO

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTO

Elm və Təhsil Nazirliyindən iranlı nazirin açıqlamasına SƏRT REAKSİYA

Elm və Təhsil Nazirliyindən iranlı nazirin açıqlamasına SƏRT REAKSİYA

Azərbaycanda kənd yumurtası bahalaşdı

Azərbaycanda kənd yumurtası bahalaşdı

Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən neçə əcnəbi sahibkar var?

Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən neçə əcnəbi sahibkar var?

İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım – FOTO

İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım – FOTO

"Kristal"ın külli miqdarda vergi borcu var? – RƏSMİ AÇIQLAMA

"Kristal"ın külli miqdarda vergi borcu var? – RƏSMİ AÇIQLAMA

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi

Seçicilər Tramp administrasiyasını korrupsiyada İTTİHAM ETDİ

Seçicilər Tramp administrasiyasını korrupsiyada İTTİHAM ETDİ

Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!

Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!

Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçdi - Rusiyanın planları pozuldu

Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçdi - Rusiyanın planları pozuldu

Sosial müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR

Sosial müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR

Putinin Ukrayna ilə danışıqlarda tələbi hər kəsi ŞOKA SALDI

Putinin Ukrayna ilə danışıqlarda tələbi hər kəsi ŞOKA SALDI

Kruiz gəmisi konteyner gəmisi ilə toqquşdu – VİDEO

Kruiz gəmisi konteyner gəmisi ilə toqquşdu – VİDEO

Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO

Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO

Yeni zəhərli ilan növü aşkarlandı

Yeni zəhərli ilan növü aşkarlandı

End of content

No more pages to load

RADİO