"Kristal"ın külli miqdarda vergi borcu var? – RƏSMİ AÇIQLAMA

"Kristal"ın külli miqdarda vergi borcu var? – RƏSMİ AÇIQLAMA
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər bəzi media resurslarında Kristalın guya külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yenidən yayımlanmaqdadır.

Bizim.Media xəbər verir ki, bu barədə “Kristal Bakı” ASC məlumat yayıb.
 

“Bir daha qəti şəkildə bəyan edirik ki, “Kristal Bakı” ASC-nin dövlət büdcəsi qarşısında hər hansı vergi borcu mövcud deyil. Şirkətimiz vergi öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və tam şəkildə yerinə yetirir.


Təəssüf ki, bəzi media nümayəndələri müxtəlif hüquqi şəxsləri Kristal ilə eyniləşdirərək, həmin şirkətlərə aid olduğu iddia edilən vergi borclarını əsassız şəkildə şirkətimizin adına çıxarırlar.

Xüsusi olaraq vurğulayırıq ki, şirkətimizə aid olmayan hüquqi şəxslərin vergi borclarının “Kristal Bakı” ASC-yə aid edilməsi yolverilməzdir.

Qeyd edirik ki, şirkətimizə bununla bağlı daha əvvəl də media sorğusu ünvanlanmış və həmin sorğuya rəsmi qaydada ətraflı cavab verilmişdir. Buna baxmayaraq, eyni məzmunlu əsassız məlumatların təkrar yayımlanması ciddi narahatlıq doğurur.

Bildiririk ki, “Kristal Bakı” ASC-nin vergi borcunun olub-olmaması barədə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq açıq informasiya resursları vasitəsilə yoxlamaq mümkündür. Media nümayəndələrini məlumatları dərc etməzdən əvvəl onların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa çağırırıq.

Şirkətimizin işgüzar nüfuzuna xələl gətirən, ictimaiyyətdə yanlış təsəvvür formalaşdıran və həqiqətə uyğun olmayan məlumatların yayılmasını qəbuledilməz hesab edirik.
 

Bu cür məlumatların yayılmasına görə məsuliyyət daşıyan şəxslərə və media qurumlarına münasibətdə şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edəcək, məhkəmə qaydasında müvafiq tələblər irəli sürəcəkdir.


Kristal öz fəaliyyətində şəffaflıq, qanunvericiliyə riayət olunması və ictimaiyyətin düzgün məlumatlandırılması prinsiplərini rəhbər tutur. Şirkətimizin işgüzar nüfuzunun qorunması istiqamətində bütün qanuni hüquqlarımızdan istifadə etməkdə qətiyyətliyik” – məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdən paylaşım etdi – FOTO

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdən paylaşım etdi – FOTO

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi

Ötən il yumurta maya dəyərindən 3 dəfə BAHA SATILIB

Ötən il yumurta maya dəyərindən 3 dəfə BAHA SATILIB

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

Trampın YENİ PLANI – Orbanın BMT-nin baş katibliyinə namizədliyi İRƏLİ SÜRÜLDÜ

Trampın YENİ PLANI – Orbanın BMT-nin baş katibliyinə namizədliyi İRƏLİ SÜRÜLDÜ

Rusiyada dron qalıqları sərnişin qatarının üzərinə düşdü - 5 yaralı var - VİDEO

Rusiyada dron qalıqları sərnişin qatarının üzərinə düşdü - 5 yaralı var - VİDEO

Xəyanətin BƏDƏLİ – Boşanma zamanı təzminat ödəyəcəklər?

Xəyanətin BƏDƏLİ – Boşanma zamanı təzminat ödəyəcəklər?

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTO

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTO

Elm və Təhsil Nazirliyindən iranlı nazirin açıqlamasına SƏRT REAKSİYA

Elm və Təhsil Nazirliyindən iranlı nazirin açıqlamasına SƏRT REAKSİYA

Azərbaycanda kənd yumurtası bahalaşdı

Azərbaycanda kənd yumurtası bahalaşdı

Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən neçə əcnəbi sahibkar var?

Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən neçə əcnəbi sahibkar var?

İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım – FOTO

İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım – FOTO

"Kristal"ın külli miqdarda vergi borcu var? – RƏSMİ AÇIQLAMA

"Kristal"ın külli miqdarda vergi borcu var? – RƏSMİ AÇIQLAMA

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi

Seçicilər Tramp administrasiyasını korrupsiyada İTTİHAM ETDİ

Seçicilər Tramp administrasiyasını korrupsiyada İTTİHAM ETDİ

Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!

Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!

Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçdi - Rusiyanın planları pozuldu

Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçdi - Rusiyanın planları pozuldu

Sosial müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR

Sosial müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR

Putinin Ukrayna ilə danışıqlarda tələbi hər kəsi ŞOKA SALDI

Putinin Ukrayna ilə danışıqlarda tələbi hər kəsi ŞOKA SALDI

Kruiz gəmisi konteyner gəmisi ilə toqquşdu – VİDEO

Kruiz gəmisi konteyner gəmisi ilə toqquşdu – VİDEO

Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO

Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO

Yeni zəhərli ilan növü aşkarlandı

Yeni zəhərli ilan növü aşkarlandı

Azərbaycan XİN Avstriyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Avstriyanı təbrik etdi – FOTO

20 il sürə biləcəyiniz ən ucuz avtomobil

20 il sürə biləcəyiniz ən ucuz avtomobil

End of content

No more pages to load

RADİO