"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar elan olunub: Şirvan Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttiham aktına görə, 26 sentyabr 2012-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində M.Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb.

M.Quluzadə əmisi oğlunun qətlində Lənkəran rayonunun Boladi kənd sakini, 1979-cu il təvəllüdlü Fariz İsmayılovun iştirakı olduğunu güman edib və qisas məqsədilə onu öldürmək qərarına gəlib.
 

F.İsmayılovu izləyən M.Quluzadə onun mağazaya girdiyini görəndən sonra maşınını idarə edən qohumu Xəyal Quluzadəni oradan uzaqlaşdırmaq bəhanəsi ilə mağazaya göndərib. Özü isə avtomaşında gözləyib. O, F.İsmayilov mağazadan çıxaraq maşınına əyləşəndə ona silahla basqın edib, avtomatik odlu silahdan (tapança-pulemyot) fasiləsiz olaraq 24 atəş açıb. F.İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.


İstintaq orqanı tərəfindən M.Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə M.Quluzadə 14 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin Murad Quluzadə də cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kassasiya protesti ilə müraciət edib. Ali Məhkəmənin qərarına əsasən, prokurorun verdiyi protest təmin edilib. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub. Şirvan Apellyasiya Məhkəməsinin qərarı iləprokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilib.

M.Quluzadənin 14 il müddətinə azadlıqdan mərhumetmə cəzası 1 il artırılaraq 15 ilə qaldırılıb.

Qeyd edək ki, qətlə yetirilən F.İsmayılovun 3 qardaşı olub. Onların böyük qardaşı kriminal aləmdə nüfuza malik olan "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovdur. 4 qardaşdan ikisi qətlə yetirilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdən paylaşım etdi – FOTO

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdən paylaşım etdi – FOTO

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi

Ötən il yumurta maya dəyərindən 3 dəfə BAHA SATILIB

Ötən il yumurta maya dəyərindən 3 dəfə BAHA SATILIB

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

Trampın YENİ PLANI – Orbanın BMT-nin baş katibliyinə namizədliyi İRƏLİ SÜRÜLDÜ

Trampın YENİ PLANI – Orbanın BMT-nin baş katibliyinə namizədliyi İRƏLİ SÜRÜLDÜ

Rusiyada dron qalıqları sərnişin qatarının üzərinə düşdü - 5 yaralı var - VİDEO

Rusiyada dron qalıqları sərnişin qatarının üzərinə düşdü - 5 yaralı var - VİDEO

Xəyanətin BƏDƏLİ – Boşanma zamanı təzminat ödəyəcəklər?

Xəyanətin BƏDƏLİ – Boşanma zamanı təzminat ödəyəcəklər?

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTO

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTO

Elm və Təhsil Nazirliyindən iranlı nazirin açıqlamasına SƏRT REAKSİYA

Elm və Təhsil Nazirliyindən iranlı nazirin açıqlamasına SƏRT REAKSİYA

Azərbaycanda kənd yumurtası bahalaşdı

Azərbaycanda kənd yumurtası bahalaşdı

Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən neçə əcnəbi sahibkar var?

Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən neçə əcnəbi sahibkar var?

İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım – FOTO

İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım – FOTO

"Kristal"ın külli miqdarda vergi borcu var? – RƏSMİ AÇIQLAMA

"Kristal"ın külli miqdarda vergi borcu var? – RƏSMİ AÇIQLAMA

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi

Seçicilər Tramp administrasiyasını korrupsiyada İTTİHAM ETDİ

Seçicilər Tramp administrasiyasını korrupsiyada İTTİHAM ETDİ

Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!

Şəmkir və Göygöl sakinlərinin NƏZƏRİNƏ!

Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçdi - Rusiyanın planları pozuldu

Ukrayna ordusu bu istiqamətdə əks-hücuma keçdi - Rusiyanın planları pozuldu

Sosial müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR

Sosial müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR

Putinin Ukrayna ilə danışıqlarda tələbi hər kəsi ŞOKA SALDI

Putinin Ukrayna ilə danışıqlarda tələbi hər kəsi ŞOKA SALDI

Kruiz gəmisi konteyner gəmisi ilə toqquşdu – VİDEO

Kruiz gəmisi konteyner gəmisi ilə toqquşdu – VİDEO

Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO

Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO

Yeni zəhərli ilan növü aşkarlandı

Yeni zəhərli ilan növü aşkarlandı

Azərbaycan XİN Avstriyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Avstriyanı təbrik etdi – FOTO

20 il sürə biləcəyiniz ən ucuz avtomobil

20 il sürə biləcəyiniz ən ucuz avtomobil

End of content

No more pages to load

RADİO