Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nəsimi rayonunda, 28 May küçəsində, "The Ritz-Carlton Baku" hotelinə qədər olan ərazidə yeni parkın salınması nəzərdə tutulur.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
 

Qeyd olunub ki, təxminən 10 hektar ərazini əhatə edəcək park layihəsi çərçivəsində artıq hazırlıq işlərinə başlanılıb. Əraziyə ilkin baxış zamanı qəzalı vəziyyətdə olan ağaclar müəyyən edilib.


"Söhbət əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağaclarından gedir. Bu ağacların kök sisteminin zəif olması onların aşma riskini artırır və ətraf mühit, eləcə də insanların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır.

Mövcud vəziyyət nəzərə alınaraq, ərazidə hazırlıq işləri çərçivəsində qəzalı ağacların götürülməsi, gələcəkdə isə burada geniş yaşıllıq sahəsinə malik parkın salınması, yeraltı avtomobil dayanacağının tikintisi və xeyli sayda yeni ağacın əkilməsi planlaşdırılır.

Təəssüflə qeyd edilməlidir ki, işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilməsi zamanı aqrotexniki qaydalara riayət olunmaması faktı aşkar edilib.

Həmin ağacın gövdəsinin içəridən çürümüş vəziyyətdə olmasına baxmayaraq, bu hal onun kəsilməsi zamanı müvafiq qaydalara əməl edilməsi tələbini aradan qaldırmır. Ağacın qəzalı vəziyyətdə olması və ya gövdəsinin çürüməsi belə, onun götürülməsi prosesinin müəyyən edilmiş aqrotexniki tələblərə uyğun həyata keçirilməsini zəruri edir".

Açıqlamada bildirilib ki, aşkar edilmiş nöqsanla bağlı dərhal müvafiq inzibati tənbeh tədbiri görülüb.

Həmçinin, işində yol verdiyi nöqsanlara görə Birliyin əməkdaşı tutduğu vəzifədən azad edilib.

"Bununla yanaşı, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarına ərazidə görülən işlərlə bağlı ətrafda yaşayan sakinlər arasında maarifləndirmə tədbirlərinin aparılması, onlara həyata keçirilən işlərin məqsədi, qəzalı ağacların yaratdığı risklər barədə ətraflı məlumat verilməsi bir daha tapşırılıb", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama

Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama

Bakıda sabah 21 dərəcə isti olacaq

Bakıda sabah 21 dərəcə isti olacaq

Dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub etdi

Dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub etdi

Nazir Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

Nazir Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO

İnsan beyninin yalnız 10 faizindən istifadə edir?

İnsan beyninin yalnız 10 faizindən istifadə edir?

Xəstəxanaya yerləşdirilən Zaur Rzayevin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Zaur Rzayevin SON DURUMU

Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?

Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?

Ölümdən sonra saç və dırnaqların uzanması mifdir

Ölümdən sonra saç və dırnaqların uzanması mifdir

“Amerikalı Nostradamus”dan nüvə müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

“Amerikalı Nostradamus”dan nüvə müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayıb

Türkiyə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayıb

Ukraynalı aktrisa mənzilinin qarət olunmasından DANIŞDI - FOTO

Ukraynalı aktrisa mənzilinin qarət olunmasından DANIŞDI - FOTO

Bu gün “Qızıl top”u hansı futbolçu alacaq? - Lamin Yamal, Mbappe, Usman Dembele, Messi…

Bu gün “Qızıl top”u hansı futbolçu alacaq? - Lamin Yamal, Mbappe, Usman Dembele, Messi…

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdən paylaşım etdi – FOTO

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdən paylaşım etdi – FOTO

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi

Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi

Ötən il yumurta maya dəyərindən 3 dəfə BAHA SATILIB

Ötən il yumurta maya dəyərindən 3 dəfə BAHA SATILIB

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

Trampın YENİ PLANI – Orbanın BMT-nin baş katibliyinə namizədliyi İRƏLİ SÜRÜLDÜ

Trampın YENİ PLANI – Orbanın BMT-nin baş katibliyinə namizədliyi İRƏLİ SÜRÜLDÜ

Rusiyada dron qalıqları sərnişin qatarının üzərinə düşdü - 5 yaralı var - VİDEO

Rusiyada dron qalıqları sərnişin qatarının üzərinə düşdü - 5 yaralı var - VİDEO

Xəyanətin BƏDƏLİ – Boşanma zamanı təzminat ödəyəcəklər?

Xəyanətin BƏDƏLİ – Boşanma zamanı təzminat ödəyəcəklər?

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTO

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTO

Elm və Təhsil Nazirliyindən iranlı nazirin açıqlamasına SƏRT REAKSİYA

Elm və Təhsil Nazirliyindən iranlı nazirin açıqlamasına SƏRT REAKSİYA

Azərbaycanda kənd yumurtası bahalaşdı

Azərbaycanda kənd yumurtası bahalaşdı

Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən neçə əcnəbi sahibkar var?

Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən neçə əcnəbi sahibkar var?

End of content

No more pages to load

RADİO