Qusarda 12 yaşlı uşağın ölümünə səbəb olan BMV sürücüsünün kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, bu, 35 yaşlı Ruslan Natiq oğlu İsrafiovdur. O idarə etdiyi BMV-ni etibarnamə ilə idarə edirmiş. Qəzanın təfərrüatları açıqlanmır.
Qeyd edək ki, bu gün gündüz saaatlarında Qusar şəhəri ərazisində "BMV"markalı avtomobillə 12 yaşlı piyada vurulub və uşaq yerindəcə keçinib.
Faktı Qusar rayon polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.