Belarusda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hərbi istehkamçılarının toplanışı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrinin humanitar minatəmizləmə üzrə müştərək mühəndislik bölməsi tərəfindən yerinə yetirilən tapşırıqların sırasına dair kompleks taktiki və xüsusi təlim keçiriləcək.
Toplantı iyunun 16-dan 21-dək Belarus Silahlı Qüvvələrinin minalardan təmizləmə mərkəzinin bazasında təşkil ediləcək.
Bizim.Media