Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, hadisə ötən gün qayıq sahildə olan zaman baş verib. Belə ki, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib və 10 nəfər müxtəlif xəsarətlər alıblar.
Bizim.Media