Milli Məclisin sabiq deputatı, akademik Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev depressiyaya düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə ”demokrat.az”a sabiq deputatın dostlarından biri məlumat verib.
Onun sözlərinə görə, son aylar eks-deputat İlham Əliyev spirtli içki aludəçisi olub, tez-tez içki məclislərində görünür.
Həmçinin, sabiq deputat idarə etdiyi "Rolls-Royce" və "Bentley" model bahalı avtomobilləri ilə gecələr stres atmağa çalışır.
O, köhnə dostları ilə tez-tez "Elmlər Akademiyası" metrostansiyası yaxınlığındakı biznes məkanlarında oturur.

Bizim.Media