Günümüzün BƏLASI – İnsanları özünə qəsd etməyə nə məcbur edir?

Günümüzdə intihar qlobal bir problemdir və bu problem hər kəsi narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) məlumatına görə, dünyada hər il 800.000 insan intihar səbəbindən həyatını itirir. İntihar hallarına müxtəlif yaş qruplarında rast gəlinir. Bu hal əsasən, gənclərdə, uşaqlarda özünü daha çox göstərir. Müqayisə etsək, görərik ki, ötən illərlə hazırkı illər arasında intihara cəhd və meyl daha çox artıb.

Bəs, özünəqəsdin səbəbi nələrdir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirib ki, bu gün uşaqlar ruhsal yaş olaraq çox tez böyüyür: 

“İnsanların intihara meyl səbəbləri müxtəlif olur. Məsələn, yaş kompleksi... Görürük ki, bu gün hətta yaşlı insanlar da intihar edirlər. Müflis olan, vəzifəsindən azad olan insanlar həll yolunu intiharda tapır. Valideyn basqısına görə də intihar edənlərin sayı az deyil. Bu halda uşaqla valideynin fikri uyğunlaşmır və uşaq intihara cəhd edir. 

İntihar səbəblərindən biri də qınaq obyektinə çevrilmək qorxusudur. Bəziləri ətrafındakı insanların qınağından qaçmaq üçün intihara meyl edirlər. İntihara səbəb olaraq sevgisizliyi də göstərmək olar. Ona görə də valideynlərə səslənirik ki, uşaqları sevgidən məhrum böyütməsinlər. Onlara özgüvən aşılamaq mütləqdir. 

Bəzən valideynlər uşaqlara ali təhsil almaq üçün də basqı edirlər, onları ətrafdakı insanlarla müqayisə edirlər. Əgər bu gün hansısa uşaq ali təhsil müəssisəsinə daxil ola bilməyibsə, bu o demək deyil ki, həmin uşaq uğursuzdur”.

Psixoloq onu da vurğulayıb ki, uşaqları iradəli, özgüvənli böyütmək, onlara sevgi aşılamaq mütləqdir. 

Qeyd edək ki, təkcə iyun ayının ilk ongünlüyündə ölkəmizdə 9 intihar hadisəsi baş verib. Bu isə demək olar ki, hər gün 1 özünəqəsd hadisəsinin yaşanması deməkdir. 

Bizim.Media bu ayın ilk ongünlüyündə baş verən intihar hadisələrini xatırladır: 

İyunun 2-də Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilmədiyinə görə intihar edən şagird vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həmin gün saat 11:11-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V Massivindən bir nəfərin intihara cəhd etməsi səbəbi ilə çağırış daxil olub.

İyunun 3-də Yasamal rayonunda gənc qız intihar edib. 21 yaşlı Zərifə Məmmədzadə adıçəkilən rayon ərazisində yerləşən binanın 12-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.

İyunun 4-də Bakıda dəhşətli intihar hadisəsi baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.

İyunun 4-də Salyanda intihar hadisəsi olub. Hadisə səhər saatlarında şəhər ərazisində baş verib. 36 yaşlı C.Bədirov yaşadığı evdə avtomobil təhlükəsizlik kəməri ilə özünü asaraq, həyatına son qoyub. Onun hansı səbəbdən özünü öldürməsi isə məlum deyil.

İyunun 7-də Daşkəsəndə üzərinə benzin tökərək yandıran 28 yaşlı Ədalət İsmayılov Bakıda xəstəxanada dünyasını dəyişib. 

İyunun 7-də Abşeronun Xırdalan şəhərində intihar hadisəsi baş verib. Heybətov Anar Yunis oğlu yaşadığı 10 mərtəbəli binadan özünü atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun sosial problemlərə görə özünü öldürdüyü bildirilir.

İyunun 8-də Dənizkarı Milli Park ərazisində, saat qülləsinin yaxınlığında A. Mirişova adlı qadın qeyd olunan ərazidə estakadadan özünü Xəzər dənizinə ataraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil.
İyunun 9-da Xaçmaz rayonunda intihar hadisəsi baş verib. Rayonun Kiçik-Baraxum kənd sakini, 1997-ci il təvəllüdlü Əkbərov Taleh Fikrət oğlu özünü asaraq intihar edib. İyunun 9-da növbəti intihar hadisəsi Şəki rayonunun Cəyirli kəndində yaşanıb. Kənd sakini, 40 yaşlı Quliyev Seymur Qeysər oğlu özünü yaşadığı evin həyətindəki mal tövləsində asaraq intihar edib.

Nailə Kərim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

End of content

No more pages to load

RADİO