Bakı-Quba yolunun Şabranın Gəndab kəndindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, "Toyota" markalı avtomobil yük maşınına çırpılıb.
Nəticədə sərnişin olan Bakı sakini, 36 yaşlı Pərvanə Quliyeva yerindəcə ölüb.
“Toyota”da olan 4 nəfər isə müxtəlif xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu