Goranboy rayonunda sürücünün idarəetməni itirməsi ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlunmatına görə, Goranboy-Tərtər magistral yolunun rayonun Xanqərvənd kəndindən keçən hissəsində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində maşının sürücüsü, 1985-ci il təvəllüdlü Əhməd Muxtar oğlu Seyidov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu