Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini TƏBRİK EDİB

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini TƏBRİK EDİB
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov 28 May - Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü 28 May Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram. Müasir Azərbaycanın yenidən müstəqilliyinə qovuşması, onu əbədi və dönməz etməsi, ölkənin tərəqqisi, ordu quruculuğunda əsaslı dönüşün yaradılması, dünya birliyində özünə layiqli yer tutması, mövqelərini möhkəmləndirməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.

Ötən il Xankəndi şəhərində keçirilən 8 Noyabr - Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş Zəfər Paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha nümayiş etdirdi.

Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 28 May Dövlət Müstəqilliyi Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır.

Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi 28 May - Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Turşu üçün kələmi necə seçmək lazımdır? - 4 əsas əlamət

Turşu üçün kələmi necə seçmək lazımdır? - 4 əsas əlamət

Sabiq icra başçısı Rusiyada vəfat etdi – FOTO

Sabiq icra başçısı Rusiyada vəfat etdi – FOTO

Ermənistanda məhbus məhkəmə binasından qaçdı

Ermənistanda məhbus məhkəmə binasından qaçdı

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə ÇIXARILIR

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə ÇIXARILIR

101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir

101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir

Saatlıda qaz olmayacaq

Saatlıda qaz olmayacaq

Bu il "kupça" verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI

Bu il "kupça" verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI

Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?

Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?

Siyasi dialoqdan strateji tərəfdaşlığa– Azərbaycanla Niderlandı nə BİRLƏŞDİRİR?

Siyasi dialoqdan strateji tərəfdaşlığa– Azərbaycanla Niderlandı nə BİRLƏŞDİRİR?

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti

Baş Prokurorluqdan “WhatsApp”la bağlı XƏBƏRDARLIQ – “Hesablarınız ələ keçirilə bilər” - FOTO

Baş Prokurorluqdan “WhatsApp”la bağlı XƏBƏRDARLIQ – “Hesablarınız ələ keçirilə bilər” - FOTO

Ağdərədə POMZ minası TAPILDI

Ağdərədə POMZ minası TAPILDI

Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

Bu ölkədə 21 günlük karantin elan edildi

Bu ölkədə 21 günlük karantin elan edildi

Prezidentin köməkçisi: “Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”

Prezidentin köməkçisi: “Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”

Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər

Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

DİQQƏT! Bakıda daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi

DİQQƏT! Bakıda daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – VİDEO

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – VİDEO

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən saxta sənədlərlə bağlı AÇIQLAMA

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən saxta sənədlərlə bağlı AÇIQLAMA

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada BİLƏR

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada BİLƏR

Prezidentin köməkçisi: “Azərbaycan revanş almaq niyyətində deyil”

Prezidentin köməkçisi: “Azərbaycan revanş almaq niyyətində deyil”

Qatıq hazırlayanda 1 qaşıq əlavə edin - Nə su salır, nə də turşuyur

Qatıq hazırlayanda 1 qaşıq əlavə edin - Nə su salır, nə də turşuyur

Hikmət Hacıyev: “CNN-in Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi”

Hikmət Hacıyev: “CNN-in Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi”

End of content

No more pages to load

RADİO