İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, “Pasha Property Management” şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya “Crescent Bay” layihəsi barədə məlumat verib. 

Sonra dövlət başçısı və Birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər. “Pasha Malls Group” şirkətinin baş icraçı direktoru Yaman Şahin ticarət mərkəzində yaradılan şərait barədə məlumat verib. 

“Crescent Mall” ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ilk dəfə fəaliyyət göstərəcək musiqili fontan yer alıb. 

Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə biləcəklər. “Crescent Mall”da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif olunur. 

Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək. 

Ticarət mərkəzinin açıq restoranlara qalxan hissəsində çoxmərtəbəli sütunda ölkəmizin mədəni irsinə istinad edən milli elementlərdən ibarət incəsənət nümunəsi həkk edilib. Rəsm əsərində təsvir edilən və sanki orta əsrin milli xalçalarından birbaşa sütuna köçmüş nar rəsmləri dünya, həyat və birlik simvoludur. Açan güllər və quşlar ilə zaman dinamikasında bir araya gələn “Həyat Ağacı” isə sürətlə inkişaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzini özündə təcəssüm etdirən Azərbaycan xalqını ifadə edir. 

Bundan başqa “Crescent Mall”da SPA, gözəllik və fitnes mərkəzləri də qonaqların xidmətində olacaq. 

Qeyd olunub ki, ən müasir texnologiyalarla inşa edilən ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Burada fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat verəcək bələdçi, həmçinin istiqamət göstərəcək və xidmətlərlə bağlı sorğuları cavablandıracaq. Bununla da qonaqların ticarət mərkəzi daxilində hərəkəti asanlaşacaq. Məlumat bələdçisi 140 dildə yazılı, Azərbaycan, İngilis və Rus dillərində isə şifahi məlumatlar verə bilir. 

Süni intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot “Leyli” adlandırılıb.
Süni intellekt məlumat bələdçisi Leyli, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından müdriklik və gözəllik rəmzi olan Leylini simvolizə edir. 

“Crescent Mall” ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir. 


İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 1
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 2
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 3
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 4
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 5
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 6
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 7
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 8
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 9
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 10
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 11
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 12
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 13
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 14
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 15
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 16
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 18
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 19
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 20
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 21
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 22
İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO - foto 23

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər HƏBS EDİLDİ

Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər HƏBS EDİLDİ

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi - FOTO

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi - FOTO

Dövlət məktəblərində hər şagird üçün ayrılan illik vəsait müəyyənləşdi - MƏBLƏĞLƏR

Dövlət məktəblərində hər şagird üçün ayrılan illik vəsait müəyyənləşdi - MƏBLƏĞLƏR

Yanacağın bahalaşması etirazlara səbəb oldu: Mağazaların rəfləri boşaldı - VİDEO

Yanacağın bahalaşması etirazlara səbəb oldu: Mağazaların rəfləri boşaldı - VİDEO

Bu şəxslərin aylıq vəzifə maaşları müəyyənləşdi - CƏDVƏL

Bu şəxslərin aylıq vəzifə maaşları müəyyənləşdi - CƏDVƏL

Dünya çempionatı: Nihat Məmmədli FİNALDA

Dünya çempionatı: Nihat Məmmədli FİNALDA

Altı il öncə bu gün – 26 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 26 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Turşu üçün kələmi necə seçmək lazımdır? - 4 əsas əlamət

Turşu üçün kələmi necə seçmək lazımdır? - 4 əsas əlamət

Sabiq icra başçısı Rusiyada vəfat etdi – FOTO

Sabiq icra başçısı Rusiyada vəfat etdi – FOTO

Ermənistanda məhbus məhkəmə binasından qaçdı

Ermənistanda məhbus məhkəmə binasından qaçdı

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə ÇIXARILIR

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə ÇIXARILIR

101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir

101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir

Saatlıda qaz olmayacaq

Saatlıda qaz olmayacaq

Bu il "kupça" verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI

Bu il "kupça" verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI

Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?

Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?

Siyasi dialoqdan strateji tərəfdaşlığa– Azərbaycanla Niderlandı nə BİRLƏŞDİRİR?

Siyasi dialoqdan strateji tərəfdaşlığa– Azərbaycanla Niderlandı nə BİRLƏŞDİRİR?

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti

Baş Prokurorluqdan “WhatsApp”la bağlı XƏBƏRDARLIQ – “Hesablarınız ələ keçirilə bilər” - FOTO

Baş Prokurorluqdan “WhatsApp”la bağlı XƏBƏRDARLIQ – “Hesablarınız ələ keçirilə bilər” - FOTO

Ağdərədə POMZ minası TAPILDI

Ağdərədə POMZ minası TAPILDI

Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

Bu ölkədə 21 günlük karantin elan edildi

Bu ölkədə 21 günlük karantin elan edildi

Prezidentin köməkçisi: “Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”

Prezidentin köməkçisi: “Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”

Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər

Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

End of content

No more pages to load

RADİO