“Bir il ərzində minlərlə səhiyyə işçisi, həmçinin digər peşə sahibləri koronavirusdan həyatını itirib”.
Bizim.Media-nın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Bildirib ki, “COVID-19 zamanı dünyada səhiyyə işçilərinin 23 faizi depressiya və narahatlıq, 30 faizi isə yuxusuzluqdan əziyyət çəkib.
Onun sözlərinə görə, səhiyyə işçilərində intihar riski digər peşə sahiblərinə nisbətən daha yüksəkdir.
Bizim.Media