Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 

“Mən həyat yoldaşım İradəni əvəz edə bilmərəm. Bu, mümkün deyil, heç vaxt ola bilməz. O elə bir qəlbə malik olan insan idi ki... Biz bir-birimizi tamamlayırdıq. Qəribədir... Biz o qədər bir-birimizə bağlı idik ki...” 

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur televiziya və radio aparıcısı Yusif Ağayev onun yaradıcılığına və şəxsi həyatına həsr edilən “O üz” verilişində deyib. 

İki qız övladı olan Yusif 2011-ci ildə dünyasını dəyişən həyat yoldaşı İradə xanımla bağlı xatirələrini bölüşüb: 

“Kasıb günlərimiz də olub. Bunu isə heç kimdən gizlətmirəm. Amma bu bizim evdən kənara çıxmayıb və mənim kiçik məvacibimlə biz hər şeyi həll etməyə çalışmışıq. Evimiz belə yox idi. Kiçik bir otaqda mən, arvadım, uşaqlarım və anam yaşamışıq. Mən uşaqlarıma analarını heç zaman əvəz edə bilmərəm. Məni bu dünyaya bağlayan uşaqlarım və nəvələrimdir. Onları qoxlayanda elə bilirəm ki, dünyanın ən xoşbəxt insanıyam. Onlar olmasa, bəlkə də mən olmaram”. 

Ağayev xanımı ilə Şamaxıda tanış olduğunu və orada ona elçi getdiyini söyləyib: 

“Universiteti bitirəndən sonra Şamaxı rayonunun Muğanlı kəndinə təyinat aldım. Orada xanımımla tanış oldum. O kənddə sanki sevgi romanı yaşayırdı. Sentyabrda o kəndə getdim, oktyabırın 25-də artıq xanımıma elçi getdik. Bu, ildırım eşqi idi. Həyat yoldaşım İradənin barmağına iki brilliant qaşlı üzüyü taxmaqdan ötrü iki günlük Vilnyus şəhərinə getdim. Çünki onun sevdiyi və bəyəndiyi üzük orada idi.
Onu sevindirməyə çalışırdım. Bunları heç zaman unuda bilmərəm. Bu mənim həyat yolumdur. Yaşanmış həyatımdır. Bunu isə keçmişim adlandırmaq istəmirəm. Çünki keçmiş desəm, demək ki, keçmişdə qalıb. Amma keçmiş deyil. O mənim üçün yaşayır. Yaşadan da mənim övladlarımdır”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azov dənizində həlak olan kapitan köməkçisi DƏFN EDİLDİ - FOTO

Azov dənizində həlak olan kapitan köməkçisi DƏFN EDİLDİ - FOTO

Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

Sabah bu 10 kənddə qaz olmayacaq

Sabah bu 10 kənddə qaz olmayacaq

Tramp:"Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam" - VİDEO

Tramp:"Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam" - VİDEO

Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq

Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq

Saxta “CAPTCHA” səhifələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

Saxta “CAPTCHA” səhifələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı

DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı

Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

Lazada sürüşmə oldu

Lazada sürüşmə oldu

Dələduzların ən çox istifadə etdiyi hiylələr AÇIQLANDI

Dələduzların ən çox istifadə etdiyi hiylələr AÇIQLANDI

Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Yanğında xəsarət olan 3 yaşlı uşaq VƏFAT ETDİ

Yanğında xəsarət olan 3 yaşlı uşaq VƏFAT ETDİ

Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”

Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”

Bu il 116 550 şagird məzun olur

Bu il 116 550 şagird məzun olur

Hikmət Hacıyev Marek Estok ilə görüşdü – VİDEO

Hikmət Hacıyev Marek Estok ilə görüşdü – VİDEO

Azərbaycanda muzdla çalışanların sayı AÇIQLANDI

Azərbaycanda muzdla çalışanların sayı AÇIQLANDI

SON DƏQİQƏ! Rusiya Ermənistandan məhsul idxalı və tranzitini QADAĞAN EDƏCƏK

SON DƏQİQƏ! Rusiya Ermənistandan məhsul idxalı və tranzitini QADAĞAN EDƏCƏK

Baş nazir iclas keçirdi - FOTO

Baş nazir iclas keçirdi - FOTO

Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Estoniya hərbçiləri Rusiya ilə sərhəddə daha 10 kilometrlik xəndək qazdılar

Estoniya hərbçiləri Rusiya ilə sərhəddə daha 10 kilometrlik xəndək qazdılar

Vüsalə “Space TV”də işə başladı

Vüsalə “Space TV”də işə başladı

Bill Qeyts Konqresdə şok ifadə verdi: "Epşteyn məni xəyanətlərimlə şantaj edirdi"

Bill Qeyts Konqresdə şok ifadə verdi: "Epşteyn məni xəyanətlərimlə şantaj edirdi"

II və III qruplar üzrə qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

II və III qruplar üzrə qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

ABŞ zərbəsindən sonra itkin düşən hindistanlı dənizçilərin cəsədləri tapıldı

ABŞ zərbəsindən sonra itkin düşən hindistanlı dənizçilərin cəsədləri tapıldı

End of content

No more pages to load

RADİO