Şirvan şəhərində 9 yaşlı uşaq qızdırmadan vəfat edib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, şəhər sakini 2015-ci il təvəllüdlü Vəliyev Əli Xəyyam oğlu ötən gecə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Bu gün səhər saat 5 radələrində o, xəstəxanada qızdırmadan dünyasını dəyişib. Bildirilir ki, azyaşlı ev şəraitində müalicə alırmış və son anda xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media