“Səmimi insan, istedadlı jurnalist” – Qərib Məmmədovun Qədir Aslanla bağlı XATİRƏLƏRİ

Torpaq Komitəsinin sədri vəzifəsində işləyərkən “Respublika” qəzetinin növbəti nömrələrinin birində qəzetdə sanballı bir yazının hazırlanması ilə bağlı qəzetin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədovla söhbət etdik.

Teymur müəllim vurğuladı ki, biz sizin başçılıq etdiyiniz kol- lektivin nailiyyətlərini işıqlandırmağa hər an hazırıq.

Sabah saat 11-də sayılıb-sevilən jurnalistlərimizdən olan, bir neçə kitabın müəllifi Qədir Aslanovu sizinlə görüşə göndərəcəyəm.

Sabahısı günü iş başında idim. Komitənin mətbuat xidmətinin rəhbəri Hikmət Babaoğlu iş otağıma gəlib mənə bildirdi ki, kollektivimizin uğurlarını həmişə “Respublika” qəzetində işıqlandıran yazıçı-jurnalist sizinlə görüşə gəlib.
Vaxt itirmədən səliqə-sahmanla geyinmiş gur saçlı Qədir Aslanovu iş otağımda qəbul etdim. Onsuz da komitədə keçirilən müxtəlif tədbirlərdə onunla dəfələrlə rastlaşmışdım. Bilirdim ki, peşəsinin vurğunudur, iti qələm sahibi olmaqla bərabər respublikanın sayılıb-seçilən jurnalistlərindən biridir.

Qədir Aslanovla xeyli söhbət etdik. O, bildirdi ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər Ba- sarkeşər rayonunda Komsomol Komitəsinin təşkilat şöbəsinin müdiri, 20 il “Bolluq uğrunda” qəzetində məsul vəzifələrdə çalışıb.

Qədir Təyyar oğlu Aslanov hazırda ömrünün səksəninci baharını yaşayır. Yubileyinə çox az vaxt qalıb.

Qərbi Azərbaycan torpağının yetirməsi, səkkiz kitab müəllifi, Əməkdar jurnalist, “Qızıl qələm” mükafatı laureatı Qədir Aslanovun 2024-cü il may ayının 18-də 80 yaşı tamam olur.

Qürurla vurğulamaq lazımdır ki, mən ömrünün 54 ilini mətbuatda çalışan Qədir Asla- nov kimi istedadlı jurnalistlə fəxr edirəm. Aslanovlar ailəsində Qədir müəllimin şərəfli yolunu davam etdirən Möhsüm Qədiroğlu, Esmira Aslanova kimi istedadlı jurnalistlər yetişmişdir.

İstedadlı jurnalist Qədir Aslanov haqqında düşünəndə həmişə gözlərim önünə “Kitabi Dədə Qorqud”dan üzü bəri dilimizin əzbəri olan Göyçə mahalı, Göyçə yolu, onun nəğməli sahilləri, füsunkar təbiəti, başı buludlardan nəm çəkən atlas geyimli dağları gəlir. Göyçənin bir termin olaraq ehtiva etdiyi məzmunda türklük, türkün müqəddəs ruhu, cahanşümul idealları, dünya nizamına vermək istədiyi məqsəd və məram cəmlənir. Göyçə türkün bu gün və gələcək üçün birlik və dayanıqlıq simvoludur.

Qədir Aslanov ulu Göyçənin sayılıb-sevilən ziyalılarından, elm fədailərindən biri kimi tanınır. O, iyirmi il fasiləsiz olaraq rayon qəzetində çalışmış, dəfələrlə erməni xəyanəti ilə üzləş- miş, tənqidi yazıları haylar tərəfindən qəzəblə qarşılanmış, bir jurnalist kimi hər zaman ermənilərin qarşısında başını dik tutmuş, büro iclaslarında əliəyri erməniləri rüsvay etmişdir.
Qədir Aslanov “Sovet Ermənistanı” qəzetində də sanballı yazıları ilə çıxış etmiş, dəfələrlə qəzet redaksiyasının tərifnamə və mükafatlarına layiq görülmüşdür.

Qədir Aslanov 1974-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü idi. İki dəfə SSRİ Jurnalistlər İttifaqının diplomuna layiq görülmüşdür.

Qədir Aslanov “Respublika” qəzetində işlədiyi illərdə qəzetdə milli diasporumuzla bağlı sanballı yazılar hazırlamış, Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə qəbul olunmuş, yüzlərlə oçerk, felyeton, reportajları mətbuatda dərc olunmuşdur.

Qədir Aslanovu el-obasına, doğma xalqına ən çox sevdirən odur ki, Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyev siyasi Büroya üzv seçiləndə Azərbaycandan yeganə şəxs olmuşdur ki, Heydər Əliyevə təbrik teleqraması vurmuşdur. 

Çox hörmət bəslədiyim Qədir müəllim! May ayında si- zin anadan olmağınızın 80 və jurnalistlik fəaliyyətinizin 54 ili tamam olur.

Bu 80 ildə sən nələr qazanmısız? İlk növbədə çoxlu qədirbilən dostlar, sizi tanıyanların məhəbbətini, qohum-əqrəbanın, bütün göyçəlilərin hörmətini, dörd övladınızın, on nəvənizin, beş nəticənizin böyük qayğısını və sevgisini. Elə bunların hamısını qazanmaq əsl xoşbəxtlikdir. Sizə uzun ömür və cansağlığı, jurnalistlik fəaliyyətinizdə uğurlar arzulayıram. Qoy gün o gün olsun ki, səsiniz, sorağınız qəribsəmiş yurd yerlərindən, ulu Göyçədən gəlsin...

Akademik Qərib Məmmədov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Supermodel tanınmaz halda – FOTO

Supermodel tanınmaz halda – FOTO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Xankəndiyə gedən avtomobil yolundan YENİ XƏBƏR VAR - VİDEO

Xankəndiyə gedən avtomobil yolundan YENİ XƏBƏR VAR - VİDEO

İyulda varlanacaq BÜRCLƏR: ayın 4 əsas şanslısı

İyulda varlanacaq BÜRCLƏR: ayın 4 əsas şanslısı

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

443 metr yüksəkdə qanunsuz evlilik təklifi– VİDEO

443 metr yüksəkdə qanunsuz evlilik təklifi– VİDEO

Məhkəmədən 600 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

Məhkəmədən 600 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

End of content

No more pages to load

RADİO