ABŞ Dövlət Departamenti və Konqresi mənasız vasitələrlə Azərbaycana təzyiq göstərir - BƏYANAT

Qərbi Azərbaycan İcması ABŞ-ın Dini Azadlıq Komissiyasının bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, İcmanın bununla bağlı yaydığı açıqlamasında deyilir: 

"Amerika Birləşmiş Ştatlarının Dini Azadlıq Komissiyası adlı dövlət qurumu bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib.

Hesabatda Azərbaycana dair hissə tamamilə qeyri-obyektiv və əsassızdır. Hesabatda Azərbaycan ilə bağlı iddiaların əsas mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir. Bundan əlavə, hesabatın əsas müəllifləri sırasında Amerika Erməni Assambleyasının əməkdaşı Daniel Aşbahyanın yer alması sözügedən kağız parçasının əsl təyinatının nədən ibarət olmasına şübhə yeri qoymur.

Hesabatın müəllifləri Azərbaycana iftiralar atmaqla kifayətlənməyib, ABŞ Dövlət Departamentini Azərbaycanı hansısa uydurma kateqoriyaya aid etməyə də çağırıblar.ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın ədalətsizliyinin ən bariz sübutu ondan ibarətdir ki, komissiya, ümumiyyətlə, Ermənistanı izləmir və bu ölkə haqqında hesabat dərc etmir. Belə çıxır ki, Ermənistan oradan azərbaycanlıları etnik və dini nifrət zəminində tamamilə qovmaqla və bu ölkədə vaxtilə qeydiyyatdan keçmiş 300-ə yaxın məscidi və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıtmaqla dini azadlıq işinin öhdəsindən “uğurla gəlib”. Buradan aydın olur ki, Komissiyanın fəaliyyəti islamofob xarakter daşıyır və müsəlmanlara qarşı ədalətsizliyi təşviq edir.

Qərbi Azərbaycan İcması həmin hesabatı rədd edir və ABŞ Dövlət Departamentini və Konqresini mənasız vasitələrlə Azərbaycana qarşı təzyiq göstərmək niyyətindən əl çəkməyə çağırır. İcma ABŞ hökumətindən dini azadlıq sahəsində real problemlə - Ermənistanda dağıdılmış Azərbaycan dini irsi məsələsi ilə məşğul olmağı, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarının təmin edilməsi və qayıtdıqdan sonra onların orada hüquq və azadlıqlarının, o cümlədən, dini azadlıqlarının qorunması üçün müvafiq səylər göstərməyi tələb edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

End of content

No more pages to load

RADİO