Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO  

Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO  
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. 

Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edib. 

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. 

Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edib. 

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir. 
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb.

Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib. 
 



Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 1
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 2
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 3
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 4
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 5
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 6
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 7
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 8
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 9
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 10
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 11
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 12
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 13
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 14
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 15
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 16
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 17
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 18
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 19
Prezident Bakıda keçirilən Forumun açılış mərasimində iştirak edib - FOTO/VİDEO   - foto 20
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Tramp bu şəxslərə 1 milyon dollar VƏD ETDİ

Tramp bu şəxslərə 1 milyon dollar VƏD ETDİ

“Kayrat”ın baş məşqçisi İSTEFA VERDİ

“Kayrat”ın baş məşqçisi İSTEFA VERDİ

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb - FOTO

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb - FOTO

Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR

Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Dünyada İLK: Britaniya Aİ laboratoriyası yaradır

Dünyada İLK: Britaniya Aİ laboratoriyası yaradır

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış oldu - FOTO

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış oldu - FOTO

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava olub - ANBAAN VİDEO

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava olub - ANBAAN VİDEO

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Türkiyə derbisinin start heyətləri AÇIQLANDI

Türkiyə derbisinin start heyətləri AÇIQLANDI

Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini UZATDI

Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini UZATDI

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

End of content

No more pages to load

RADİO