Qarabağda at belində, Bakıda bıçaqla... - Azərbaycanda duellər necə KEÇİRİLİB? 

İkili münasibətlərdə sözün bitdiyi yerdə hər zaman silah danışıb. Bir zamanlar bu hətta dəbdə olub. Adına da duel deyiblər.

Bəs, Azərbaycan tarixində duel ənənəsi olubmu?

Bizim.Media
mövzu ilə bağlı tarixçi alim Zaur Əliyevin araşdırmasını təqdim edir:

“Azərbaycanda duel ənənəsi qədimdən mövcud olub. Bunu fransızların adına bağlasalar da, tarixdə türklərin qədim dövrlərdə dueldə bir-birləri ilə mübahisənin həll etməsi barədə faktlar çoxdur. Elə təkcə Atillanın qardaşı Bleda ilə açıq duelə çıxması barədə faktı qeyd etmək olar.

Xürrəmi liderləri olan Cavidanla Əbu İmranın hakimiyyət uğrunda duelini də unutmaq olmaz. 
İslam dini regionda yayılandan sonra duel şəriətə görə qadağan edildi. Məhəmməd peyğəmbərin “dueldə həm öldürən, həm də ölən tərəf günahkardır” deyən hədisi də var. “İki müsəlman qılıncları ilə qarşı-qarşıya (duelə) gəlincə həm öldürən, həm də ölən cəhənnəmlikdir”. Səhabə, “Ey Allahın Rəsulu, öldürəni anladıq, öldürülən niyə cəhənnəmlikdir”, – deyə soruşduqda Rəsulullah “Öldürülən də öz yoldaşını öldürməyə çalışırdı”, – deyə cavab vermişdi. 

Lakin buna baxmayaraq, duellər dindən çox qədimdən gələn törəyə görə keçirilirdi. “Mübahisə edən iki tərəfdən biri mütləq ölməlidir” inamı inancdan daha üstün hesab edilirdi. 

Azərbaycanda duellər müxtəlif formada keçirilib. Ox, qılınc, xəncər, odlu silahlar və s. Məsələn, Qarabağda duel at belində qılınc və ox ilə döyüş formasında olub. Bakı və Şirvan bölgəsində duel bıçaqla döyüşmək olub. 
Naxçıvan və Qərbi Azərbaycan bölgəsində duel zamanı əsasən odlu silahlarla keçirilib. Cənub zonasında duel dəmirdən düzəldilən balta ilə olub. Şimal zonasında, əsasən Quba, Qusar ərazilərində duel orta ölçülü xəncərlə keçirilib. İki nəfər mübahisə edəndə onları sakitləşdirmək üçün ağsaqqallar işə qarışırdı. Qurandan misal gətirərək, Peyğəmbərə aid hədislərlə onları dueldən çəkindirməyə çalışırdılar. Lakin duel olan zaman hər iki tərəfin ailəsinin müdaxilə etmək hüququ olmurdu. Ağsaqqallar olan yerdə ailənin işə qarışması qeyri-mümkün idi.

Lakin həll yolu olmayanda ortaya xalça sərərdilər və iki mübahisə edən şəxsin gözlərini bağlayırdılar. Bir köynəkdə qalan duelçilərə xəncər verirdilər və ilk vurmaq haqqı alan rəqibinə zərbə endirdi. Əgər gözü bağlı formada olan öldürücü zərbə vurmadısa, rəqibi zərbə endirdi və biri ölənə qədər proses davam edirdi. Adətən, iki tərəfdən biri ölürdüsə, digəri ağır yaralı olurdu. Ağsaqqallar ölən şəxsin sonradan dəfnini həyata keçirirdilər. Yaralı isə evinə aparılırdı və öldüyü təqdirdə onun da dəfnində iştirak edirdilər”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Supermodel tanınmaz halda – FOTO

Supermodel tanınmaz halda – FOTO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Xankəndiyə gedən avtomobil yolundan YENİ XƏBƏR VAR - VİDEO

Xankəndiyə gedən avtomobil yolundan YENİ XƏBƏR VAR - VİDEO

İyulda varlanacaq BÜRCLƏR: ayın 4 əsas şanslısı

İyulda varlanacaq BÜRCLƏR: ayın 4 əsas şanslısı

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

443 metr yüksəkdə qanunsuz evlilik təklifi– VİDEO

443 metr yüksəkdə qanunsuz evlilik təklifi– VİDEO

End of content

No more pages to load

RADİO