Ermənistan Moskvadakı hücumu niyə pisləmədi? – PƏRDƏARXASI MƏQAMLAR 

İrəvan KTMT-nin “Krokus”la bağlı bəyanatını rədd edib. Bu ölkə KTMT Parlament Assambleyasının “Krokus Siti Holl”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb. 

Maraqlıdır, Ermənistan niyə bu addımı atıb?

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə Bizim.Media-ya danışıb. 

O bildirib ki, rəsmi İrəvanın KTMT-nin “Krokus Siti Holl”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmamasının birdən çox səbəbi var:

“Birinci səbəb Paşinyanın bəyan etdiyi kimi Ermənistanın KTMT-də fəaliyyətini qeyri-müəyyən müddətə dondurması ilə bağlıdırsa,  ikinci səbəb Ermənistanın bu təşkilatdan gözlədiklərini əldə edə bilməməsidir. Məsələ ondadır ki, rəsmi İrəvan KTMT ilə münasibətlərini hüquqi müstəvidən daha çox ümumi təəssübkeşlik müstəvisində qiymətləndirməyə çalışır. Bu isə siyasi illüziyaya səbəb olur. 

İrəvanın KTMT-dən gözlədiyi mümkün cavab odur ki, bu təşkilat Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham etsin. KTMT isə heç bir fakt və hüquqi əsas olmadığı üçün belə bəyanat vermir. Yəni KTMT hərbi-siyasi ittifaq kimi ciddiyətini qorumağa çalışaraq Ermənistanın siyasi avantürasına qoşulmur.

Ancaq bu da səbəblərin hamısı deyil. Çünki İrəvan onsuz da KTMT-dən çıxmaq üçün bəhanə axtarır. Paşinyan hakimiyyəti Ermənistanın təhlükəsizlik strategiyasının yeni əsaslarını yaratmağa çalışır və bunun da Kollektiv Qərb ola biləcəyini düşünür. Ancaq bu, geostrateji şərtlər və Ermənistanın yerləşdiyi coğrafiya baxımından reallıqdan uzaq görünür”. 

Onun fikrincə, digər səbəb isə Ermənistanın hər hansı bir terror aktını qınamaq üçün özündə mənəvi-siyasi güc tapa bilməməsi ola bilər:

“Çünki bu ölkə Azərbaycana qarşı terroroun ən eybəcər formalarından istifadə edib. Bu gün də Azərbaycan mina terorru və İrəvanın siyasi-diplomatik terrorundan əziyyət  çəkir. Həmçinin rəsmi İrəvan Qərbin daha çox “rəğbətini” qazanmağa  və bunu siyasi dividendə çevirməyə çalışır. 

Rəsmi Moskva terroru sifariş edənlərin Qərblə bağlı olduğunu açıq şəkildə bəyan edib. Belə olan halda Ermənistan həm də beynəlxalq münasibətlər sistemində kimin yanında olduğunu nümayiş etdirməyə çalışır. Göründüyü kimi səbəblər çoxdur, ancaq onların heç biri beynəlxalq humanitar hüquqla izah ediləcək qədər məntiqli deyil. Bu isə Ermənistan-Rusiya münasibətlərində əlavə gərginliklər yaradacaq”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

End of content

No more pages to load

RADİO