Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 200 m² olan təmirə dayanan mərasim zalında 1 ədəd stol, 10 ədəd stul və 1 ədəd kondisioner yanıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, mərasim zalı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media