Almaniyadan Fransaya ƏZƏLƏ NÜMAYİŞİ – Gərginlik nə ilə YEKUNLAŞACAQ?

Son günlər Avropada hərbi cəhətdən aktivlik hiss olunur. Fransa ordusu fevralın sonlarından başlayaraq, martın 11-dək davam edən və çoxu fransız olan, britaniyalı, ispaniyalı və amerikalı əsgərlərdən ibarət 7000 əsgərin iştirak etdiyi geniş miqyaslı hərbi təlimlər keçirdi. Bu Fransa ordusunun son 30 ildə keçirdiyi ən iri hərbi təlim idi. 

Dörd əsas mərhələdən ibarət olan təlimlər Tulondan Aralıq dənizinə qədər dəniz əməliyyatları ilə başlayıb.

Qeyd edilir ki, “Orion” adlanan bu birgə təlim 2020-ci ildən hazırlansa da, Rusiya Ukrayna münaqişəsindən sonra Fransa baş qərargahı tərəfindən daha da intensivləşdirilib. Məqsəd yüksək intensivlikli qarşıdurma zamanı fransız ordusunun real şəraitə mümkün qədər hazır olmasıdır.

Almaniya da oxşar addımı atdı

Maraqlıdır ki, Fransanın hərbi təlimlərinin ardınca Almaniya da bütün uzaqmənzilli "Taurus" raketlərini hazır vəziyyətə gətirmək qərarına gəlib. Bu barədə "Die Welt" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Almaniya ordusunda təxminən 600 belə raket var, lakin onların yalnız yarısı hazırda istifadəyə hazırdır. 

Görünən odur ki, Avropa İttifaqının iki aparıcı dövləti hərbi hazırlıqlarını gücləndirməklə məşğuldurlar. 

Görəsən Avropada nə baş verir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, hazırda Amerikanın hədəfində Sakit Okean və Çin məsələsidir, ona görə də Parislə Berlin üçün meydan yaranıb. Belədə onlar bir-birinə əzələ nümayişi etdirirlər:

“Almaniya ilə Fransa arasında gərginləşən münasibətlərin kökündə dayanan məsələ bu iki ölkənin postsovet məkanında mövqelərinin genişlənib və ya məhdudlaşması ilə bağlıdır. ABŞ postsovet məkanında öz fəallığını azaltmaq niyyətindədir. Hegemon olmaq şərəfli və məsuliyyətli məsələdir. Ancaq onun maddi tələbləri də var. 

Tramp dövründə məlum oldu ki, ABŞ öz cibindən hətta NATO üzrə müttəfiq olsalar da, başqa dövlətlərin maraqları üçün xərc çəkmək istəmir. ABŞ büdcəsində defisit yaranıb. Silah-sursat istehsal edən lobbi məsələnin həllini tapmasında israrlıdır. Çünki hərbi zavodlar sifariş alacaqsa, qazancları da artacaq. Odur ki, bu məsələ ilə bağlı Vaşinqton geri addım atır. 

İndi Amerikanın hədəfindəki Sakit Okean və Çindir. Bu baxımdan Parislə Berlin üçün meydan yaranıb. Fransa cığallıq edir və Almaniyaya tapşırılan məsələləri öz üzərinə götürmək istəyir. Nəticədə iki ölkə arasında gərginlik artır. Sözsüz ki, bu gərginlik müharibəyə gətirib çıxarmayacaq. Bu sadəcə əzələ nümayişidir”. 

Ekspert qeyd edir ki, Parislə Berlin arasındakı gərginlikdə Azərbaycan diplomatiyasının da rolu var:

“Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Forumunda Şoltsla görüşdü. Ardınca Almaniya İqtisadiyyatının Şərq Komitəsinin rəhbəri böyük heyətlə Bakıda səfərdə oldu. Bu ondan xəbər verir ki, Almaniya Fransanın istədiyi layihələri həm tərk edir, həm də israrla öz suveren siyasətini aparır”.

“Frans bölücü mövqedə yer alır”

Politoloq Tural İsmayılov isə yaranmış vəziyyəti Aİ daxilində ciddi mövqe savaşlarının getməsilə əlaqələndirdi: 

“Fransanın Aİ daxilində bölücü mövqedə yer alması, ümumavropa qərarlarına riayət etməməsi vəziyyəti daha da gərginləşdirir. Fransanın dünyadakı bir çox hadisələrə dağıdıcı mövqe sərgiləməsi beynəlxalq münasibətlər sistemində ciddi zərbə vurur. Rusiya Ukrayna müharibəsi və beynəlxalq münasibətlərin bir sıra digər məsələlərində Parislə Berlinin fikirləri bir-birindən fərqlənir. Cənubi Qafqaza yanaşmada da Berlin Parisə nisbətən daha obyektiv və ədalətli mövqe sərgiləyir”. 

Belə fərqli yanaşmalar ekspertin fikrincə, Aİ daxilində parçalanma meyllərini sürətləndirir:

“Bu da sonda qurumu zəiflədir. Fransa və Almaniyadakı hərbi təlimlər Aİ daxilindəki narazılığın göstəricisidir. Amma bunun Fransa və Almaniyanın bir-birinə qarşı demarşı olmadığını düşünürəm. Ola bilər ki, daha əvvəldən planlanmış hərbi taktiki təlimlərdir”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

End of content

No more pages to load

RADİO