“Qarabağ”ın tarixi oyunu ilə bağlı idman ekspertlərinin GÖZLƏNTİLƏRİ

Xəbər verdiyimiz kimi "Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın "Bayer 04" klubunu qəbul edəcək. Yerli vaxtla saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya böyük maraq var.

Nəzərə alaq ki, bu oyuna beynəlxalq arenada da diqqət böyükdür. Çünki alman komandası bu il ən yaxşı mövsümünü keçirir və cari mövsümdə məğlubiyyət acısı dadmayıb.

Bəs, oyunla bağlı ekspertlərin gözləntiləri nələrdir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən idman şərhçisi Rəşad Rafiqoğlu qeyd edib ki, bu təkcə “Qarabağ”ın deyil, Azərbaycan futbolunun ən önəmli oyunlarından biridir:

“İlk dəfə klub futbolunda Avropanın 16 ən yaxşı komandası arasına düşmüşük. Bu tarixi şansdan istifadə edib “Qarabağ” mərhələ də keçə bilər. Təbii ki, matçın favoriti “Bayer”dir. Bu komanda hazırda Avropanın ən yaxşı 3 komandasından biridir. Mən deyərdim ki, hətta Avroliqanın da favoritidir. Ağdam klubu üçün çətin olacaq. Ancaq Qurban Qurbanov və futbolçuları belə oyunları çox görüblər.

Üstəlik, rəqiblər qrup mərhələsində qarşılaşıblar. Xüsusilə, Bakıda “Qarabağ”ın “Bayer”ə qarşı yaxşı, inamlı oyununun şahidi olmuşuq. Məncə, “Qarabağ” bu dəfə Almaniya təmsilçisindən daha şanslıdır. Çünki futbolu titullar oynamır, futbolçular meydanda mübarizə aparır və qazanır. “Qarabağ” mərhələ keçməsə belə, yaxşı və layiqli oyun göstərəcəyinə inanıram”.

“İnanırıq ki, “Qarabağ” bu sınaqdan da üzüağ çıxacaq”

Futbol eksperti Siyavuş Əliyev isə bildirib ki, bu gün Azərbaycan futbolu tarixinin ən yaddaqalan günlərindən biridir:

“Günün bu cür əhəmiyyətli olmasının səbəbkarı da “Qarabağ” klubudur. Məlum olduğu kimi, avrokuboklarda hər ötən mərhələ əvvəlkindən daha maraqlı olur və daha geniş auditoriya tərəfindən izlənilir. Sevindirici haldır ki, Azərbaycan futbolunun təmsilçisi də belə bir mərhələyə qədər gəlib çıxa bilib.

1/8 final mərhələsinə vəsiqə qazanan komandalara nəzər saldıqda, orada ən böyük futbol ölkələrini görə bilərik. İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Niderland və digər ölkələrin təmsil olunduğu mərhələlərdə “Qarabağ”ın da olması klub üçün həm ciddi maliyyə qazancı, həm də yeni azarkeş kütləsinin qazanılması deməkdir.

Rəqibin “Bayer” kimi bir komanda olması da “Qarabağ”ın imicinə əlavə bir töhfədir. Mövsümdə məğlub olmayan yeganə Avropa komandası ilə qarşılaşma ciddi sınaqdır. İnanırıq ki, “Qarabağ” bu sınaqdan da üzüağ çıxacaq”.

“Qarabağ” növbəti uğurunu qazana bilər”

İdman yazarı Vüqar Nəzərovun sözlərinə görə, nəticədən asılı olmayaraq “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında təmsil olunmağı özü bir uğurdur:

“Son illər komandamızın inkişafı göz qabağındadır və ildən-ilə komandanın səviyyəsi, gücü artır. “Bayer” güclü kollektivdir, həm bu mövsüm uduzmayıblar, həm də Almaniyada “Bavariya”nın uzun illər davam edən hegemonluğuna son qoyublar.

Baş məşqçi Xavi Alonso da Qurban Qurbanov kimi iddialı və öz işini bilən mütəxəssisdir. Məncə, bu məşqçilərin dueli son illərin ən yaxşı oyunlarından biri olacaq. Bu günkü qarşılaşmada anşlaq olacaq. “Qarabağ” azarkeşlərin güclü dəstəyindən də istifadə edib, növbəti uğurunu qazana bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polis 94 borclu şəxsi saxladı

Polis 94 borclu şəxsi saxladı

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

Faiq Ağayevə ağır itki üz verdi

Faiq Ağayevə ağır itki üz verdi

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

İstanbul çimərlikləri BAĞLANDI

İstanbul çimərlikləri BAĞLANDI

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI - FOTO

Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI - FOTO

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Almaniya narkotik satışına görə Avropada BİRİNCİ OLDU

Almaniya narkotik satışına görə Avropada BİRİNCİ OLDU

Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

End of content

No more pages to load

RADİO