Fransanın növbəti TƏXRİBAT PLANI – “Paşinyanın ağlı olsa...”

Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfəri və burada Prezident Emmanuel Makronla görüşü fonunda iki ölkə arasında müdafiə sahəsində yeni əlaqələr qurulub.

Bu fonda Paşinyan iddia edib ki, Ermənistanın məqsədi guya regionda düzgün balans yaratmaqdır.

Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək. İddialara görə, Parisin Ermənistana verdiyi və verəcəyi silahlar müdafiə silahlarından ibarətdir.

Amma Ermənistanın işğalçı siyasətdən hələ də əl çəkmədiyini nəzərə alsaq, verilən bu silahlardan İrəvanın növbəti təxribatlar üçün istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz. Tarixi təcrübə göstərir ki, Ermənistanın silah əldə etməsi hər zaman regionda gərginlik ocaqlarının yaranmasına, onun təcavüzkar niyyətlərinin güclənməsinə xidmət edib.

Fransanın İrəvanı silahlandırmaqda davam etməsi Ermənistanı növbəti təxribatlara sövq edə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov yeni silahlanma fonunda Ermənistanın növbəti təxribatlara gedəcəyini istisna etməyib. Ancaq bununla belə həmsöhbətimiz bildirir ki, İrəvanın böyük müharibəyə getməyə cürəti çatmayacaq:

“Görünən odur ki, Fransanın Ermənsitanı silahlandırması prosesi davam edir. Paris regionda vəziyyətin gərginləşdirilməsində maraqlıdır və bu fonda da Ermənsitandan istifadə edir. Silahlanmanı artırması fonunda Ermənistanın növbəti təxribatlara gedə biləcəyi istisna deyil.

Amma Ermənistanın böyük müharibəyə getməyə cürətinin çatacağına inanmıram.

Çünki Ermənistan Azərbaycanla müqayisədə qat-qat zəifdir. Onun Azərbaycana qalib gəlməsi mümkünsüzdür. Bunu özləri də gözəl bilir. Ən yaxşı halda İrəvan Parisin sifarişilə bütün dünyaya bölgədə guya sabitliyin olmadığı, sülh prosesinin nazik bir tükdən asılı olduğunu təlqin etməyə çalışacaq. Onlar prosesin günahkarı qismində də Azərbaycanı ittiham edəcəklər. Ancaq belə proseslərdə həmişə ikibaşlı vəziyyət yaranır”.

Ekspert qeyd edir ki, Fransa köhnə silahlarını Ermənistana satmaq istəyir:

“Ermənistanın hərbi rəsmiləri də Fransadan aldıqları silahların keyfiyyət göstəricilərinin onları qane etmədiyini deyib. Açıq şəkildə edilən bu etiraf Fransanın bölgəmizdə nə dərəcədə mənfi rol oynadığının göstəricisidir. Paris bu hərəkətilə regionda öz mövcudluğunu təsdiq etməyi düşünür. Tarixən Fransanın bölgəmizdə ciddi nüfuzu olmayıb. Onların Qafqazda əsas ümid yeri Gürcüstandır.

Ancaq bu o demək deyil ki, Paris Tiflisin, İrəvanın vasitəsilə bölgədə vəziyyəti köklü dəyişdirməyə hazır və qadirdir. Bu mənada İrəvan könüllü şəkildə Paris üçün qurbanlıq olmamağı düşünməlidir. Hamıya bəllidir ki, Fransanın siyasəti son dərəcədə imperalist, müstəmləkəçi siyasətdir. Paşinyanın ağlı yerində olsa, bu təhlükəli yoldan geri qayıdar. Çünki başqa variantları yoxdur”.

Rüfət Sultan, Bizim.Media

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:25 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 apreldə baş vermiş tarixi hadisələr

La Liqada ayın ƏN YAXŞI məşqçisi açıqlandı

La Liqada ayın ƏN YAXŞI məşqçisi açıqlandı

Tanınmış model indi çörək satır - FOTO

Tanınmış model indi çörək satır - FOTO

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Qonşu ölkədə benzin BAHALAŞDI

Qonşu ölkədə benzin BAHALAŞDI

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Brilliant Dadaşova nənə OLDU - FOTO

Brilliant Dadaşova nənə OLDU - FOTO

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

Xalq artistinin qızı evləndi – VİDEO

Xalq artistinin qızı evləndi – VİDEO

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

End of content

No more pages to load

RADİO