AŞPA-nın ölkəmizə qarşı qərəzinin ƏSL SƏBƏBİ – Azərbaycanla bağlı “Serbiya planı”nın İFŞASI

Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı bədnam qərarı təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də ciddi müzakirə edilir. Çünki qurumun Azərbaycanla bağlı qərarında qərəz və qisas niyyəti aydın şəkildə görünür. 

Qərbin bu cür siyasət yürütməsi ilə ilk dəfədir ki, rastlaşmırıq. Bir müddət əvvəl Serbiyada baş verənləri xatırlamaq kifayətdir. 
 

MÖVZU İLƏ BAĞLI:

AŞPA-nın ölkəmizə qarşı qərəzinin PƏRDƏARXASI - Metyu Brayzadan ÖZƏL AÇIQLAMA


Serbiya ilə Azərbaycanı nə birləşdirir?

Məlum olduğu kimi, Serbiya Prezidenti Aleksandar Vucicin son zamanlar apardığı müstəqil siyasət Qərbi açıq şəkildə narahat edirdi. Ukraynada müharibə başlayandan sonra da rəsmi Belqrad öz ənənəvi siyasətindən əl çəkməyib və neytrallığını qoruyur.

Bu isə Qərbin planlarına uyğun deyil. Ona görə də Vaşinqton rəsmi Belqradı cəzalandırmaq istədi. Bu məsələdə isə Avropa həm ABŞ-ın, həm də ABŞ-dakı müvafiq institutların imkanlarından faydalanmaq istədi. 

Nəzərə alaq ki, Serbiyanın müstəqil siyasəti Avropada ağalıq iddiasında olan Fransa və Almaniyanın da işinə yaramır. Fransa və Almaniya dəfələrlə Serbiyanı Kosovanın müstəqilliyini tanımağa çağırıb. Lakin rəsmi Belqrad bu çağırışlara heç zaman müsbət cavab verməyib. Çünki Kosovanın müstəqilliyinin tanınması Serbiyanın ərazi bütövlüyünə qəsd deməkdir. 

Ona görə də Serbiya rəhbərliyi Kosovo məsələsində öz prinsipiallığını qoruyur.  Rəsmi Belqradın müstəqil siyasətinə görə ABŞ və onun Avropadakı müttəfiqləri hərəkət keçdi. Mübarizə üsulu isə yenə ənənəvi idi. "İnsan haqlarının pozulması", "demokratik dəyərlərin yox olması" və s. 

Plan əvvəldən hazırlanmışdı 

Təsadüfi deyil ki, Qərb hələ Serbiyada seçkilərdən öncə fəaliyyətə başlamışdı. Serbiyada sülhün, sabitliyin və birliyin məhvi üçün ABŞ-ın və Avropanın bir çox təşkilatları ötən ilin yazından başlayaraq qarışıqlıq salmağa başladılar. Nəticədə, hökumətin istefa tələbi irəli sürüldü. May ayında Belqradda 13 yaşlı bir uşağın məktəbdə atəş açması və 8 nəfərin ölümü isə xarici qüvvələr üçün əla fürsət oldu. 

Hadisədən sonra minlərlə insan Belqradın küçələrinə axışdı. Bunun ardınca mayın 14-də Belqrad şəhər dairəsinin bir hissəsi olan Mladenovac icmasında 21 yaşlı gənc 8 nəfəri öldürdü. 

Vəziyyəti nəzarətdə saxlamaq və növbəti təxribatların qarşısını almaq üçün Aleksandar Vucic noyabrın 1-də Milli Assambleyanı buraxdı və yeni seçkinin tarixini təyin etdi. Halbuki, növbəti parlament seçkiləri 2026-cı ilin aprelində keçirilməli idi. 

Seçki öncəsi konkret nəticə əldə edə bilməyən Qərb səsvermənin ertəsi gün təxribatlara başladı. Dekabrın 18-də Serbiyada parlament və bələdiyyə seçkilərinin nəticələrinə yenidən baxılması tələbi ilə minlərlə insan hökumət əleyhinə mitinqlərə başladı. Dekabrın 24-də isə etirazçılar hətta paytaxt meriyasını zorla ələ keçirməyə cəhd etdilər. Lakin Serbiyadakı xalq və iqtidar birliyi Qərbin planlarını pozdu və sonda Serbiya dövləti, Serbiya xalqı hadisələrdən qalib çıxdı.

Serbiyada oynanılan ssenarini Azərbaycanda təkrarlamaq istəyi

Yada salaq ki, hələ ötən ilin payızından başlayaraq Qərbin bəzi dairələri və ABŞ-a bağlı QHT-lər də Azərbaycana qarşı şər kampaniyasını genişləndirməyə başladılar. ABŞ-ın USAİD, NED, NDİ və digər təşkilatları Azərbaycanda insan haqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı cəfəng hesabatlar dərc etdilər. Onlar Qarabağdan könüllü gedən ermənilərin müdafiəsinə qalxdılar. Səbəb isə bəlli idi. Çünki Azərbaycan Qərbin Qarabağla bağlı planlarını iflasa uğratmışdı.

Məlumdur ki, Fransa başda olmaqla əksər Qərb ölkələri Qarabağdakı qondarma rejimin fəaliyyətini davam etdirməsi xəyalları ilə yaşayırdılar. Onlar separatçıları ölkəmizə qarşı əsas təzyiq vasitəsi kimi görürdülər. Necə ki, Serbiyaya təzyiq üçün daim Kosova kartından istifadə edilib.

Ancaq Serbiyadan fərqli olaraq, Azərbaycan Qərbə bu fürsəti vermədi və qondarma qurumun varlığına son qoydu. Məhz bu səbəbdən Fransa, Almaniya kimi ölkələr Azərbaycana qarşı təxribatlarını daha da genişləndirdilər. 

Azərbaycanda Serbiya ssenarisini təkrarlamaq cəhdləri nəticəsiz qalan Qərb fərqli məcralarda ölkəmizi hədəf almağa başladı. Çünki Qərb Serbiyadan fərqli olaraq Azərbaycan cəmiyyətinə nüfuz edə bilmir. Ona görə də öz çirkin oyunlarını Azərbaycandan kənarda qurur. 

Təxribat planları nəticəsiz qalanda

Bunun ən böyük göstəricisi isə AŞPA-nın yanvarın 24-də Azərbaycanın 1 il müddətində səsvermə hüququnu dondurması oldu. Bu çirkin oyunun davamı olaraq səsvermə ərəfəsində və səsvermədən sonra təxribatçı hərəkətlərə cəhdlərin olacağı da gözləniləndir. 

Çünki Qərb yaranan vəziyyəti özlərinə tarixi fürsət bilir. Ona görə də bədnam qüvvələrin təkcə AŞPA-nın qərarı ilə dayanacaqları inandırıcı görünmür. Görünən qədərilə, təxribatçı həmlələrin davamı gələcək.  

Amma AŞPA və onun arxasında dayanan ölkələr unudurlar ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür. Qərbin çirkin oyunları ölkəmizi bu yoldan döndərə bilməz. 
Eyni zamanda, Azərbaycan xalqı üçün milli və dövlət maraqları prioritetdir. Qərbin çirkin oyunları xalqımızın dövlətimizə inamını heç cür və heç zaman sarsıda bilməz.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

“Telegram"da bu elanlara daxil olanların pulları oğurlandı - Kiberpolisdən əməliyyat - VİDEO

“Telegram"da bu elanlara daxil olanların pulları oğurlandı - Kiberpolisdən əməliyyat - VİDEO

Sabah Bakının bu ərazilərində qaz kəsiləcək

Sabah Bakının bu ərazilərində qaz kəsiləcək

İranın ABŞ bazalarına ballistik raketlə hücum etdiyi ANLAR - VİDEO

İranın ABŞ bazalarına ballistik raketlə hücum etdiyi ANLAR - VİDEO

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

End of content

No more pages to load

RADİO