“İranın ABŞ-la müharibə etmək niyyəti yoxdur”.
Bizim.Media xəbər verir ki, Amerika prezidenti Co Bayden yanvarın 12-də Pensilvaniyada vətəndaşlarla görüşü zamanı bildirib.
Bayden ona ünvanlanan ABŞ-ın “İranla faktiki marionet müharibəsi” aparıb-aparmaması sualına cavab verərkən deyib ki, “İran bizimlə müharibə istəmir”.
Qeyd edək ki, yanvarın 12 və 13-də iki gecə ardıcıl olaraq ABŞ qüvvələri İngiltərə ilə birlikdə Yəməndə İranın dəstəklədiyi husi hədəflərinə zərbələr endirib.
Bizim.Media