Çeçenistandakı fələstinli qaçqınların hər birinə 100 min rubl ödəniş veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.
Vəsait Axmat-Hadji Kadırov adına ictimai fond tərəfindən ayrılacaq.
Qeyd edək ki, hazırda regionda Qəzza zolağından təxliyə edilmiş 206 nəfər yaşayır. Onların əksəriyyəti “Qornı Klyuç” uşaq sağlamlıq düşərgəsində yerləşdirilib.
Bizim.Media