"Fevralın 7-dən sonra qədəm qoyacağımız yeni dövrdə türk dünyası daha da güclənəcək” — İlham İsmayılov

Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə tarixi uğurlar əldə edib. Mən çəkinmədən deyərdim ki, bu 20 ilin hər ili uğur və nailliyyətlərlə zəngin olub. Bu nailiyyətlərin, uğurların, necə deyərlər, baş tacı isə 2023-cü il sentyabrında keçirilən və heç bir sutka da çəkməyən antiterror tədbirləri oldu. Çünki 2020-ci ildəki 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərə ölümsüzlük nöqtəsi məhz ötən il sentyabrın 20-də qoyuldu”.

Bizim.Media demokrat-a istinadən xəbər verir ki, bunu Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu məqama xüsusi olaraq toxunub:

“Cənab Prezident “Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” deyə bəyan etdi. Hesab edirəm ki, bu, cənab Prezident İlham Əliyevin 20 illik hakimiyyət dövrünün yekun hesabatıdır. Dövlət başçısının müsahibə zamanı bəyan etdiyi kimi onun Prezident kimi fəaliyyətinin 20 ili tamamlandı. Cənab Prezident bəyan etdi ki, “Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”. Fikrimcə bu, olduqca gözəl dəyərləndirməlidir. Yəni, ötən il sentyabrın 20-dən sonra Azərbaycan yeni dövrə qədəm qoyub və fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bu yeni dövrə uğurla başlanılması istiqamətində atılan ilk addım kimi tariximizə yazılacaq”.

İlham İsmayılov əlavə edib ki, seçkilər həm də Azərbaycan cəmiyyəti, o cümlədən ictimai sektor üçün bir çağırış rolunu oynayacaq:

“Hesab edirəm ki, seçkilər bizim üçün həm də “qələbə sərxoşluğuna tutulmayaq. Bizi yeni dövrdə yeni və daha məsuliyyətli vəzifələr gözləyir” çağırışı rolunu oynayacaq. Yəni, cənab Prezidentin də müsahibəsi zamanı bəyan etdiyi kimi bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi və biz bunu artıq əldə etmişik. İndi gələcək inkişafa fokslanmalıyıq. Gələcək inkişafa gəlincə, dövlət başçısı bununla bağlı özünün də fikirlərinin oldğunu bildirməklə yanaşı, “Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır” dedi. Hesab edirəm ki, bu məsələdə də bizim, yəni ictimai sektorun, QHT-lərin üzərinə mühüm vəzifələr düşür. Çünki ötən 20 ildə ictimai sektorun inkişafı üçün davamlı addımlar atan, bizə xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentin bütün bunların əvəzində bizdən gözlədiyi yalnız bir şey olub. Bu da ictimai nəzarətin və şəffaflığın təmini istiqamətində ictimai sektorun fəal olmasıdır”.

İlham İsmayılov vurğulayıb ki, bu baxımdan yeni dövrdə yeni hədəflərin müəyyən edilməsində də ictimai sektor öndə getməlidir:

“Mən cənab Prezidentin bu baxımdan  “bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək” fikrinin üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Bəli, tarixi Zəfər qazanmağımız alqışa layiqdir və heç zaman unudulmayacaq. Amma biz, necə deyərlər, bu Zəfərin kölgəsinə daldalanıb, yeni dövrdə heç nə etməsək, bir müddət sonra bütün sahələrdə uğurları əldən verə bilərik. Əldən verməmək üçün isə irəliyə baxmalı, qarşımıza yeni hədəflər qoymalı və o hədəflərə doğru addımlayarkən içimizdəki çatışmazlıqları, inkişafımıza əngəl olan qüvvə və məqamları da dilə gətirməkdən çəkinməməliyik. Biz bu problemləri deməklə, dövlət başçısına mühüm dəstək vermiş olacağıq. Çünki cənab Prezident dəfələrlə ictimiyyət nümyəndələrini, o cümlədən bizim təmsil olunduğumuz sektoru problemlərin, geriliklərin üzə çıxarılmasında fəal olmağa səsləyib”.

İlham İsmayılov onu da əlavə edib ki, yeni dövrdə türk dünyasının daha da dərindən inteqrasiyası istiqamətində addımların davam edəcəyi gözləniləndir:

“Fəaliyyətimiz birbaşa türk dünyası ilə əlaqədar olduğu üçün mən cənab Prezidentin müsahibəsi zamanı Türkiyə Cümhuriyyəti və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında dediyi fikirlər üzərində də dayanmaq istəyirəm. Yəni müasir dövrdə türk dünyasının məhz prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluğundan, o cümlədən qətiyyətindən güc aldığı hər kəsə bəllidir. Hesab edirəm ki, fevralın 7-dən sonra qədəm qoyacağımız yeni dövrdə bu istiqamətdə addımların atılması davam edəcək və türk dünyası daha da güclənəcək”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Almaniya narkotik satışına görə Avropada BİRİNCİ OLDU

Almaniya narkotik satışına görə Avropada BİRİNCİ OLDU

Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb...

Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb...

Hansı ölkədə dərslər yanvarda, hansında apreldə başlayır? - CAVAB

Hansı ölkədə dərslər yanvarda, hansında apreldə başlayır? - CAVAB

Azərbaycanda bu məhsullar BAHALAŞIB

Azərbaycanda bu məhsullar BAHALAŞIB

Nurani bu nazirlə sinif yoldaşı olub – FOTO

Nurani bu nazirlə sinif yoldaşı olub – FOTO

69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

İranda Pezeşkianın müharibəni bitirmək çağırışı TƏNQİD EDİLDİ

İranda Pezeşkianın müharibəni bitirmək çağırışı TƏNQİD EDİLDİ

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anıldı – FOTO

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anıldı – FOTO

İranda dollar rekord həddə yaxınlaşdı

İranda dollar rekord həddə yaxınlaşdı

Bir ay buludlara baxıb 8900 dollar qazandı – FOTO

Bir ay buludlara baxıb 8900 dollar qazandı – FOTO

Türkiyədə helikopter qəzaya uğradı

Türkiyədə helikopter qəzaya uğradı

Yohan Vadeful Ukraynada səfərdədir

Yohan Vadeful Ukraynada səfərdədir

SOCAR Özbəkistan bazarına daxil olur

SOCAR Özbəkistan bazarına daxil olur

Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkədən qaçdığı MƏLUM OLDU

Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkədən qaçdığı MƏLUM OLDU

Verdiyi sözü hər zaman tutan 3 BÜRC

Verdiyi sözü hər zaman tutan 3 BÜRC

İndiki uşaqlar fiziki cəhətdən niyə daha zəifdirlər? – ARAŞDIRMA

İndiki uşaqlar fiziki cəhətdən niyə daha zəifdirlər? – ARAŞDIRMA

Qara Ledilər kimlərdir? – İndi onların “sezonu”dur

Qara Ledilər kimlərdir? – İndi onların “sezonu”dur

End of content

No more pages to load

RADİO