Acizliyin ETİRAFI – Siyasi arenada uduzan Fransa intiqamı heykəldən ALIR…

Fransanın siyasi hakimiyyətinin biləvasitə göstərişi ilə Natəvanın Evian-Le Ba şəhərindəki heykəlinin təhqir edilməsi birmənalı şəkildə sivilizasiyanı təhqir etməkdir. Bunun ikinci adı yoxdur. Çünki hansısa dəyəri özündə ehtiva edən abidəyə, əsərə vandalcasına yanaşmaq təkcə hansısa xalqa qarşı yox, həm də ümumbəşəri dəyərlərə nifrət deməkdir.

Hələ kütləvi şəkildə hansısa xalqa qarşı nifrətin aşılanmasının nə qədər təhlükəli olduğunu demirik. Fransanın atdığı bu addım türkofobiyanın sübutudur. Bu da özünü dünyanın mədəniyyət beşiyi elan edən Fransanın iddiaları ilə ən azından üst-üstə düşmür.

Bu vandallıq Fransanın siyasi və mədəni tarixinə qara ləkə kimi düşəcək.

Nəzərə alaq ki, Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır. Onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan eyni zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun təcəssümü kimi tanınır.

Belə bir simaya qarşı Evian-Le Ba şəhərində bəslənilən münasibətin heç bir izahı yoxdur. Amma bu vandallığın nədən qaynaqlandığı aydın şəkildə ortadadır.

Bu məsələyə ən yaxşı qiyməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində verdi. O bildirdi ki, vandalizm aktı olan Natəvanın heykəlinin təhqir edilməsi kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir.

Bəli, Evian-Le Ba şəhərində baş verənlər Fransanın nə qədər aciz və zavallı olduğunu göstərir. Baxmayaraq ki, Fransa dünyanın ən böyük iqtisadi-hərbi gücə malik 5-6 ölkəsindən biridir. Amma bu ölkənin son hərəkəti göstərdi ki, bu qədər imkan, hərbi və iqtisadi qüdrət Azərbaycan həqiqətləri qarşısında çox acizdir. Paşinyandan da qatı ermənipərəst olduğunu sübut etmək istəyən Emmanuel Makron istəklərinə və iddialarına çatmayanda çarəsizcəsinə belə cılız vasitələrə əl atır.

Nəzərə alaq ki, Azərbaycan nə işğal dövründə, nə də ki, son 3 ildə erməni dəyərlərinə fransızsayağı münasibət bəsləməyib. Bu gün Bakının mərkəzində erməni kilsəsi qalmaqdadır. Bu kilsə tarixi abidə kimi Azərbaycan dövləti tərəfindən qorunub mühafizə edilir. Hətta Azərbaycan xalqının yaralarının qan axıtdığı vaxtlarda - Xocalı, Qaradağlı, Malıbəyli, Ağdaban və digər faciələr zamanı hansısa soydaşımız bu kilsəni təhqir etmədi.

Çünki azərbaycanlılar heç zaman hansısa xalqa qarşa nifrət və kin bəsləməyiblər. Ən əsası hansısa ədalətsizliyin, cinayətin əvəzi Evian-Le Ba şəhərindəki kimi ödənilməyib.

Təkcə bu fakt Azərbaycan xalqının nə qədər böyük olduğunun göstəricisidir. Eyni zamanda, Evian-Le Ba şəhərindəki biabırçılıq fransızların nə qədər dar düşüncəli və cılız olduğunu sübut etdi. Təəssüf doğuran haldır ki, Evian-Le Ba şəhərində baş verənlərə hansısa fransız ziyalısı, siyasətçisi və yaxud hansısa təşkilat qarşı çıxmadı. Bu da fransızların ümumi səviyyəsini və istənilən məsələyə yanaşmasındakı cahilliyi göstərir.

Yelisey sarayındakılar Azərbaycan qarşısında aciz olmalarını etiraf edə bilmirlər.

Çünki fransız siyasətçilərinin və məmurlarının çoxu erməni diasporunun pul kisəsindən asılıdır. Bu asılılıqsa onlara imkan vermir ki, ermənilərdən üz döndərsinlər. Beləcə, fransızlar ermənilərin təkidi ilə istənilən addıma gedirlər.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində rəsmi Parisin iç üzünü hər kəsə aydın şəkildə göstərdi. Dövlət başçısı vurğuladı ki, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq, açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başlayıb.

Bu gün Azərbaycanı rahat yaşamağa qoymamaq üçün səy göstərən ölkələrin siyahısında Fransa ön plandadır. Baxmayaraq ki, Fransanın Cənubi Qafqazda son vaxtlarda baş verən pozitiv dəyişikliklərlə heç bir əlaqəsi yoxdur. 44 günlük müharibə Prezident Makronun və ya hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da Fransa, Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalandı.

Fransızların cılız və zavallı olmasının digər səbəbləri də var.

Məlumdur ki, həm Fransada, həm də digər Avropa ölkələrində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər. Əvəzində təsadüfi adamlar – populistlər, demaqoqlar hakimiyyətə gəldilər. Məhz həmin populist “liderlər” sivilizasiyanın ümumi maraqlarına ziyan gətirən addımlar atmağa başladılar.

Çox təəssüf ki, populist və demoqoq liderlər çox zaman öz dövlətlərinin milli maraqlarına zərbə vururlar. Məsələn, bu gün Fransa ilə münasibətlərin dayanması Azərbaycana heç bir iqtisadi-siyasi zərər gətirmir. Amma bu Fransa üçün ən azından milyard dollarlıq itki deməkdir.

Ona görə də Evian-Le Ba şəhərində baş verən rüsvayçılıq Azərbaycana qarşı tədbirsizlikdən qaynaqlanır. Rəsmi Paris Azərbaycana qarşı heç bir təsir rıçağı tapa bilmir. Bu da təsadüfi deyil. Çünki İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyil, Azərbaycan adekvat cavablar verən bir dövlətdir.

Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Artıq həm beynəlxalq aləmdə, həm də regionda siyasi prioritetləri müəyyən edən ölkələrdən biri məhz Azərbaycandır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ərdoğan və Trampın nümayəndə heyətləri arasında görüş keçirildi

Ərdoğan və Trampın nümayəndə heyətləri arasında görüş keçirildi

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Zimbabve "ASAN xidmət" modelini tətbiq edəcək - FOTO

Zimbabve "ASAN xidmət" modelini tətbiq edəcək - FOTO

ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDƏCƏK

ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDƏCƏK

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu - FOTO

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu - FOTO

Tramp Avropanı hədələdi: “Daha mövcud olmayacaq"

Tramp Avropanı hədələdi: “Daha mövcud olmayacaq"

Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI

Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI

Tramp: “Ora ABŞ nəzarət etməlidir”

Tramp: “Ora ABŞ nəzarət etməlidir”

End of content

No more pages to load

RADİO