Hər ilin aprelin 8-i Türkiyədə Qaraçılar Günü kimi qeyd ediləcək.
Bizim.Media ''ensonhaber''ə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Sərəncam qaraçıların etnik mədəniyyətinin qorunması, yaşadılması məqsədinə xidmət edir.
Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi aprelin 8-də Dünya Qaraçılar Günü çərçivəsində tədbirlər təşkil edəcək.
Bizim.Media