Elçin Əmirbəyov: “Ermənistan Zəngəzur dəhlizinin bərpası ilə bağlı işlərə başlamayıb”

“Söhbət çox təəssüf ki, münaqişə nəticəsində dağılmış 42 kilometr dəmir yolundan gedir. Bu, təkcə çatışmayan sahənin tikintisi ilə bağlı deyil. Yeri gəlmişkən, biz tərəfdən bu iş demək olar ki, yekunlaşıb. Mən Horadiz-Ağbənd hissəsini nəzərdə tuturam. Təəssüf ki, Ermənistan hələ bu layihənin texniki əsaslandırılması üzərində işlərə başlamayıb.

“Bakı yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında bütün sülh prosesinin tərkib hissəsidir:

“Danışıqların əsas qayəsi sülh sazişi mətninin (Bakı ilə İrəvan arasında) razılaşdırılmasıdır. Burada bütün əsas parametrlər, o cümlədən kommunikasiyaların bərpası göstərilir. Digər iki vacib məsələ isə kommunikasiyaların açılması, həmçinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasıdır”.

Nəqliyyat kommunikasiyalarının bərpasından danışan E.Əmirbəyov Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin bərpası təşəbbüsünü xatırladaraq qeyd edib ki, bu, Azərbaycan vətəndaşlarının quru yolla maneəsiz Naxçıvan Muxtar Respublikasına gedə bilməsi üçündür:

“Söhbət çox təəssüf ki, münaqişə nəticəsində dağılmış 42 kilometr dəmir yolundan gedir. Bu, təkcə çatışmayan sahənin tikintisi ilə bağlı deyil. Yeri gəlmişkən, biz tərəfdən bu iş demək olar ki, yekunlaşıb. Mən Horadiz-Ağbənd hissəsini nəzərdə tuturam. Təəssüf ki, Ermənistan hələ bu layihənin texniki əsaslandırılması üzərində işlərə başlamayıb”.

Prezidentin köməkçisi vurğulayıb ki, rəsmi Bakı yaxın gələcəkdə sülh sazişi layihəsinin müzakirəsi üçün Azərbaycan və Ermənistan rəsmiləri arasında danışıqların növbəti mərhələsini keçirməyə ümid edir:

“Ümid edirik ki, danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq və yeri gəlmişkən, Azərbaycan tərəfindən hazırlanmış və ilk dəfə bir ildən bir az əvvəl Ermənistana təqdim olunmuş sülh sazişi layihəsinin müzakirəsi bərpa olunacaq. Sazişin mətni üzrə fiziki danışıqlar aparılmadığı halda, iki tərəf arasında layihələrin mübadiləsi davam etdirilir, yəni hər bir tərəf bu sazişin növbəti layihəsinə öz şərhlərini və düzəlişlərini təqdim edir. Biz ümid edirik ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra danışıqlar yolunda irəliləyişə nail olmaq şansları xeyli artıb”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Polis 94 borclu şəxsi saxladı

Polis 94 borclu şəxsi saxladı

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

Faiq Ağayevə ağır itki üz verdi

Faiq Ağayevə ağır itki üz verdi

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

İstanbul çimərlikləri BAĞLANDI

İstanbul çimərlikləri BAĞLANDI

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI - FOTO

Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI - FOTO

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

End of content

No more pages to load

RADİO