“Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır”- Leonid Kalaşnikov

“Mənim zənnimcə Azərbaycan Rusiya üçün ən yaxın dost və qardaş ölkədir. Baxmayaraq ki, xalqlarımız arasında dini və milli fərq var. Amma biz bu fərqliliyi çoxdan aşmışıq. Mənim gənclik illərində qazandığım ilk dostlarım məhz azərbaycanlılar olub. Bu Moskva avtomobil zavodunda işlədiyim illərdə olub. Sonrakı illərdə də azərbaycanlılar barədə ancaq müsbət fikirlər eşitmişəm, gözəl hadisələrə şahidlik etmişəm. Ona görə də mən Azərbaycan xalqını sevir və ona hörmət edirəm. Bu sevginin də dərin kökləri var. Bu gün mən işimlə bağlı Azərbaycanla ancaq siyasi əlaqələr saxlayıram. Amma əminliklə deyə bilərəm ki, bütün sahələrdə dərin və inkişafda olan əlaqələrimiz var”. 

Bu fikirləri Yeni il münasibəti ilə “Moskva-Baku.ru” saytına müsahibə verən Rusiya Federasiyası Dövlət Dumasının Komitə sədri Leonid Kalaşnikov səsləndirib.

O, bildirib ki, bu günə kimi siyasi müstəvidə Azərbaycana qarşı ən xırda iradım belə olmayıb:

“Bu da təbii ki, Azərbaycan Prezidentinin müdrik xarici siyasətinin nəticəsidir. Ümumiyyətlə, son illərdə həm Rusiyanın, həm də Azərbaycanın siyasi rəhbərliyi iki ölkə arasında dostluğun möhkəmlənməsi üçün çox fədakarlıqlar göstəriblər. Etiraf etməliyik ki, Rusiya Azərbaycan münasibətlərindəki səmimilik və saflıq heç bir Avropa dövlətləri arasında yoxdur və yəqin ki, olmayacaq da. Açığı deyim ki, eyni komandada təmsil olunan Fransa və Almaniya kimi böyük dövlətlərin Azərbaycanla Rusiyadan öyrənəcəyi çox şey var”.

Leonid Kalaşnikov məmnunluqla qeyd edib ki, iki ölkə liderləri arasında olan dostluq münasibətlərinə paralel olaraq xalqlarımız arasında da dərin bağlılıq var:

“Bu gün rusların azərbaycanlılara qarşı narazılıq edə biləcəyi heç bir məqam yoxdur. Eləcə də azərbaycanlılar ruslara qarşı böyük ehtiram bəsləyir. Ona görə də inanıram ki, 2024-cü ildə xalqlarımız və dövlətlərimiz arasında münasibətlər daha da dərinləşəcək. Növbəti ildə iki dövlətin birgə səyləri nəticəsində bir sıra Beynəlxalq münaqişələr sona çatacaq. Başqa cür də ola bilməz. Çünki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Corcina Ronaldonun 3 uşağını övladlığa GÖTÜRÜR

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Hacı Kərimov dünya çempionatında finala yüksəldi

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Putin Ukraynaya kimlərin kömək etdiyini AÇIQLADI

Polis 94 borclu şəxsi saxladı

Polis 94 borclu şəxsi saxladı

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

Faiq Ağayevə ağır itki üz verdi

Faiq Ağayevə ağır itki üz verdi

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Üç uşağının aliment pulunu ödəməyən ata HƏBS OLUNDU

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Bu türk ölkəsindən yarım milyard dollarlıq QIZIL almışıq

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Safurənin ailəsi ilə istirahəti - FOTOLAR

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

DİN-dən növbəti əməliyyat: Silahlar və narkotik tapıldı

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Türkiyədə helikopter qəzası ilə bağlı xəbər təsdiqlənmədi

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Ukraynada çimərlikdə dincələnlər dənizdən PUA çıxartdı - VİDEO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

Bakıda futbolçu VƏFAT ETDİ – FOTO

İstanbul çimərlikləri BAĞLANDI

İstanbul çimərlikləri BAĞLANDI

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Sumqayıtda yataqxanada YANĞIN: Ana və oğlu xəstəxanalıq oldu

Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI - FOTO

Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI - FOTO

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

"Gəncə" amerikalı basketbolçunu transfer etdi

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı səfirlikdən AÇIQLAMA - FOTO

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Özəl məhkəmə ekspertizası fəaliyyətə başlayır - Kimlər ekspert ola bilər?

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Evdən 10 min manatlıq əşyalar oğurlandı

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU

End of content

No more pages to load

RADİO