ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.
O bildirib ki, Vaşınqtonda keçən görüşdə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin qarşısının alınması və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səyləri müzakirə edilib.
Tərəflər Yaxın Şərq regionunun digər bölgələrində Fələstin-İsrail münaqişəsinin genişlənməsinin qarşısının alınması, qalan girovların azad edilməsi və humanitar yardımın göstərilməsi zərurətini diqqət mərkəzində saxlanılmasının vacibliyini bildiriblər.
Bizim.Media