Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl keçirilən görüşdə Qəzzadakı son hadisələr və İsveçin NATO-ya üzvlük prosesi müzakirə edilib.


Bizim.Media