Ağ Evin Cənubi Qafqaz PLANI – ABŞ ordusunun Ermənistanda NƏ İŞİ VAR?

Son zamanlar ABŞ-ın Bakıya münasibətdə qərəzli mövqe sərgiləməsi haqlı olaraq Azərbaycanda ciddi narazılığa səbəb olub. Prosesin gedişi onu deməyə əsas verir ki, Vaşinqton birmənalı şəkildə ermənipərəst mövqe tutmağa başlayıb.

Digər tərəfdən, ABŞ-ın heç vaxt köklü Qafqaz siyasəti olmayıb. Onun bu bölgəyə marağı ancaq iqtisadi müstəvidə olub. Lakin son proseslər belə deməyə əsas verir ki, ABŞ Ermənistan vasitəsilə regionda möhkəmlənməyə çalışır. Hətta bu istəyini Ermənistana ordu göndərməklə reallaşdırmaq niyyətlərini də gizlətmirlər.

Amma aydın məsələdir ki, onların bu planı iflas və ifşaya məhkumdur.

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov qeyd edib ki, Vaşinqtonun Ermənistana hərbi qüvvə göndərmək şansı 2044-cü ilə qədər yoxdur:

“1995-ci ildə Moskva ilə İrəvan arasında hərbi baza haqqında imzalanan müqaviləyə görə, Rusiya hərbi bazası 49 il müddətinə Ermənistan ərazisində qalmalıdır. Bu fonda hər hansı digər xarici bir hərbi qüvvənin Ermənistan ərazisində yerləşdirilməsi Rusiya ilə razılaşdırılmalıdır.

Təbii ki, Moskva heç zaman bununla razılaşmayacaq.

Ona görə də müqaviləni pozmadan Ermənistanın hər hansı bir xarici dövlətin silahlı qüvvələrini ölkə ərazisində yerləşdirməsi qeyri-mümkündür. Eyni zamanda, İrəvanın Rusiya ilə müqaviləni pozması da mümkün deyil. Çünki müqaviləyə görə, Rusiya hərbi bazasının vaxtından əvvəl Ermənistanı tərk etməsi üçün Moskvanın razılığı tələb olunur”.

Politoloq qeyd edir ki, Qərb Azərbaycana münasibətdə yürütdüyü siyasətin sonunun olmadığı barədə düşünməlidir:

“Rəsmi Bakı ABŞ-ın anti-Azərbaycan, ermənipərəst mövqeyinə etiraz edir. ABŞ açıq şəkildə bu cür ədalətsiz mövqe tutursa, buna etirazımızı bildirmək məcburiyyətindəyik. Bakı uzun müddət Brüssel və Vaşinqtonda keçirilən sülh danışıqlarına daha çox önəm verib.

Ancaq son dövrlər İrəvanın antirusiya fəaliyyətinin qızışması ilə bağlı Qərb dövlətləri artıq bütövlükdə ermənipərəst mövqe sərgiləməyə başlayıb. Bu da təbii ki, Azərbaycanı qane edə bilməz. Ona görə Qərb bu siyasətlərinin sonunun olub-olmadığı barədə düşünməlidir”.

A.Səmədov düşünür ki, ABŞ başda olmaqla Qərbin Azərbaycana təzyiq göstərmək imkanları yox dərəcəsindədir:

“Ən əsası bu cür ədalətsiz mövqe tutmaqla Qərb gələcəkdə Azərbaycan və Türkiyəni itirə bilər. ABŞ sərgilədiyi bu mövqedən nə qədər tez imtina etsə, bölgəmizlə bağlı məsələdə o qədər udar və son nəticədə regionumuzda mövqeləri də möhkəmlənə bilər. Azərbaycanla ziddiyyətə gedib, Cənubi Qafqazda möhkəmlənmək ABŞ kimi dövlət üçün belə qeyri-mümkündür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

End of content

No more pages to load

RADİO