Rusiyanın Tver vilayətində üç avtomobilin iştirakı ilə baş verən qəzada ikisi azyaşlı olmaqla beş nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.
Belə ki, qarşı zolağa çıxan “Ford Focus” markalı avtomobil öncə “VAZ-2109” markalı avtomobili vurub, daha sonra yük maşını ilə toqquşub.
Qəza nəticəsində “Ford Focus” yanıb və nəqliyyat vasitəsində olan ikisi azyaşlı olmaqla beş nəfər ölüb. Qeyd olunub ki, qəza ilə bağlı araşdırma aparılır.
Bizim.Media