“ABŞ-ın Ukraynaya yardımı azala bilər”.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, bu səbəbdən Aİ ölkələri gələcəkdə də Kiyevi dəstəkləməyə davam etməlidir:
“Hazırda Avropa bir çox problem və çağırışlarla üzləşir, onların arasında Ukraynaya dəstək birinci yerdədir. Biz ABŞ-ın Ukraynaya dəstəyinin azalması ssenarisinə hazır olmalıyıq”.
Bizim.Media