Qarabağ və Şərqi Zəngəzurla bağlı Moskvada konfrans KEÇİRİLİB 

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşəbbüsü, Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Xarı Bülbül” Art Festivalının rəsmi açılışı olub. 

Bizim.Media xəbər verir ki, üç ildir ki, uğurla keçirilən festival bu il iki məkanda Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (MQİMO) və M.İ. Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub. 

Noyabrın 15-dək davam edəcək festival çərçivəsində MQİMO-da “Azərbaycanın rəngləri” rəsm sərgisi təşkil olunub, Azərbaycan Mədəniyyət Mərkəzi isə öz qapılarını xalq tətbiqi sənəti və rəsm üzrə ustad dərslərində iştirak etmək istəyən hər kəsin üzünə açıb. 

Tələbə və qonaqlarda unudulmaz təəssürat yaradan sərgi ilə yanaşı, MQİMO divarları arasında “Gənclər Dəyişiklik Mərkəzində: Azərbaycan Dinamikası” adlı konfrans da keçirilib. 

Konfransın əsas müzakirə mövzusu son üç ildə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında baş verən dəyişikliklər olub. Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan bərpa-quruculuq işləri, infrastruktur, iqtisadi, humanitar, sosial-mədəni layihələr, nəqliyyat dəhlizləri, “3+3” regional əməkdaşlıq platforması layihəsi və regionun gələcək inkişaf perspektivləri ilə bağlı qonaqların çıxışları və müzakirələri konfrans iştirakçılarının böyük marağına səbəb olub. 

Konfransı giriş sözü ilə açan AMOR sədri Ceyhun Hüseynov belə bir tarixi gündə, Zəfər Günündə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycanla bağlı “Xarı Bülbül” art-festivalı və Qarabağ və Şərqi Zəngəzura dair konfransın keçirilməsinin əlamətdar hadisə olduğunu söyləyib:

“Əsas məqsədimiz işğaldan azad olunan ərazilərimizdə indiyə kimi görülən quruculuq, bərpa işləri barədə Rusiya ictimaiyyətinə məlumat çatdırmaqdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında həyata keçirilən infrastruktur, sosial, humanitar, mədəni və iqtisadi layihələr bugünkü konfransın əsas müzakirə mövzusudur”. 

Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin Humanitar Proqramlar bölməsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova Rusiyanın nüfuzlu elm ocağında Azərbaycana aid konfransın keçirilməsinin sevindirici hal olduğunu söyləyib

 “Bu konfransın azərbaycanlıların Zəfər Günündə keçirilməsi isə tədbirin önəmini daha da artırıb. Hesab edirəm ki, belə konfransların tez-tez keçirilməsi azərbaycanlı gənclərin yeni məlumatlar əldə etməsi baxımından vacib əhəmiyyət daşıyır”. 

Çıxışında tarixi və mədəniyyət abidələrinin qorunmasının vacibliyini qeyd edən T.Əhmədova bu vəzifənin 44 günlük müharibənin qələbə ilə başa çatmasından və Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Azərbaycan cəmiyyəti üçün xüsusilə aktuallaşdığını söyləyib:

”İşğal illərində Qarabağda xalqımız üçün müqəddəs olan bir çox tarixi və mədəniyyət abidələri dağıdılıb və ya ciddi şəkildə zədələnib. Ona görə də bu abidələrin tezliklə bərpası məsələsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dərhal gündəmə gətirildi. Qarabağda işğalçılar tərəfindən dağıdılmış tarixi abidələrin bərpası işğaldan azad edilmiş regionda ən prioritet layihələrdən biridir”, - deyə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəsmisi vurğulayıb. 

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Zaur Paşayev isə çıxışında 8 Noyabr-Zəfər Gününün tarixindən danışıb. Bildirib ki, bu əlamətdar gün Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin və hər şeydən əvvəl ölkəmizin və bütün türk dünyasının mədəniyyət paytaxtı olan Qarabağın mirvarisi Şuşanın erməni işğalından azad olunduğu gündür.

“Bu tarix bütün Azərbaycan xalqı üçün xüsusi bayramdır. Məhz 3 il əvvəl bu gün 44 günlük Vətən Müharibəsi nəticəsində xalqın birliyi, ordumuzun yüksək döyüş ruhu və məharəti sayəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixi ədalət zəfər çaldı. Bu il oktyabrın 15-də cənab Prezident Azərbaycan Respublikasının dövlət bayrağını Xankəndi şəhərində qaldırdı. Bununla da ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş oldu”. 

Azərbaycanlı diplomat dövlət başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı bərpa işləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri tam sürətlə davam edir, yollar salınır, memarlıq abidələrinin bərpası ilə bağlı çoxsaylı layihələr uğurla həyata keçirilir.
“3 il ərzində kəndlər, qəsəbələr, şəhərlər, məktəblər, hava limanları, o cümlədən Füzuli Beynəlxalq Hava Limanı və Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bundan əlavə, 31 qəsəbənin təməli qoyulub. “Böyük qayıdış” Birinci Dövlət Proqramı çərçivəsində artıq ilk ailələr Laçın və Füzuli şəhərlərinə, eləcə də bir sıra kəndlərə qayıdıblar. Ümumilikdə, qarşıdakı 3 il ərzində 30 mindən çox ailənin Qarabağa və Şərqi Zəngəzura qayıtması gözlənilir. Hökumətin məlumatına görə, 2026-cı ilin sonuna qədər ən azı 140 min nəfərin regiona qayıtması planlaşdırılır”. 

MQİMO-nun dosenti, iqtisadçı ekspert İqbal Quliyev çıxışında konfransın müzakirə mövzularından birinin “3+3” regional əməkdaşlıq platforması layihəsi olduğunu söyləyib. Qeyd edib ki, məhz üç Cənubi Qafqaz respublikası və onlara qonşu Rusiya, Türkiyə və İran regionun gələcəyini müəyyən etməlidir, qeyri-regional nəhənglərin müdaxiləsinə imkan verməməlidir. “Bu formatda gənclərin rolu xüsusi əhəmiyyət kəsb edir. Çünki, məhz gənclər aktiv inkişafın drayveridir. Ona görə də, hesab edirəm ki, məhz gənclər Cənubi Qafqaz regionunda beynəlxalq əməkdaşlığın gələcək vektorlarını müəyyən edəcəklər”, - deyə ekspert vurğulayıb. 

Konfransda 2020-ci il Vətən Müharibəsindən sonra yaranan yeni reallıqların Qarabağın ölkənin iqtisadi həyatına qaytarılması və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivlərini şərtləndirdiyi vurğulanıb. Qeyd olunub ki, hazırda Azərbaycanda ölkənin öz maliyyə resursları hesabına həyata keçirilən münaqişədən sonrakı yenidənqurmanın unikal modeli mövcuddur. 


















Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT-nin 47 üzv ölkəsindən Rusiyaya sərt çağırış: "Qoşunlarınızı Ukraynadan dərhal çıxarın"

BMT-nin 47 üzv ölkəsindən Rusiyaya sərt çağırış: "Qoşunlarınızı Ukraynadan dərhal çıxarın"

Rusiyada Gürcüstanı "məhv etməyə" çağıran şəxs cərimələndi

Rusiyada Gürcüstanı "məhv etməyə" çağıran şəxs cərimələndi

XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? – VİDEO

XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? – VİDEO

Müharibə zamanı ölkədən qaçan ukraynalı müğənnidən yeni XƏBƏR VAR - FOTO

Müharibə zamanı ölkədən qaçan ukraynalı müğənnidən yeni XƏBƏR VAR - FOTO

Lənkəranda ana və 3 yaşlı övladının bıçaqlanmasının TƏFƏRRÜATI

Lənkəranda ana və 3 yaşlı övladının bıçaqlanmasının TƏFƏRRÜATI

Ukrayna ordusu Kupyanskda Rusiya hərbçilərinə zərbə endirdi – ANBAAN VİDEO

Ukrayna ordusu Kupyanskda Rusiya hərbçilərinə zərbə endirdi – ANBAAN VİDEO

Qırğızıstandakı səfirimizin qardaşı vəfat etdi

Qırğızıstandakı səfirimizin qardaşı vəfat etdi

Tanınmış modeldən VALİDEYNLƏRƏ - “Öz dünyagörüşünüzü övladlarınıza məcburən qəbul etdirməyin”

Tanınmış modeldən VALİDEYNLƏRƏ - “Öz dünyagörüşünüzü övladlarınıza məcburən qəbul etdirməyin”

Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi – FOTO

Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi – FOTO

Cəbi Bəhramovdan İran mollalarına SƏRT REAKSİYA - “Qarabağda 67 məsciddən 65-i dağıdılanda niyə səsiniz çıxmırdı?!”

Cəbi Bəhramovdan İran mollalarına SƏRT REAKSİYA - “Qarabağda 67 məsciddən 65-i dağıdılanda niyə səsiniz çıxmırdı?!”

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurdu

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurdu

Türkiyənin hakim partiyasının rəsmilərinin qərəzli açıqlamalarına YAP-dan CAVAB

Türkiyənin hakim partiyasının rəsmilərinin qərəzli açıqlamalarına YAP-dan CAVAB

Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır – FOTO

Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır – FOTO

Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən 20 yaşlı gənc vəfat etdi – FOTO

Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən 20 yaşlı gənc vəfat etdi – FOTO

Laos Prezidenti Zəfər parkını ziyarət etdi – FOTO

Laos Prezidenti Zəfər parkını ziyarət etdi – FOTO

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi – FOTO

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi – FOTO

Ər-arvadın ölümünə səbəb olan sürücüyə bu cəza verildi

Ər-arvadın ölümünə səbəb olan sürücüyə bu cəza verildi

Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq

Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq

Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI

Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI

İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTO

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTO

"Qadağanedici nişan var, amma maşın saxlanılır" - Sakinlərdən şikayət – VİDEO

"Qadağanedici nişan var, amma maşın saxlanılır" - Sakinlərdən şikayət – VİDEO

Oktay Kaynarca “Milyoner”dən ayrıldı

Oktay Kaynarca “Milyoner”dən ayrıldı

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər SAXLANILDI – FOTO/VİDEO

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər SAXLANILDI – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO