Ceyhun Bayramov serbiyalı naziri bölgədə mövcud vəziyyət barədə MƏLUMATLANDIRDI 

Noyabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri, habelə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç ilə görüşüb. 

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan və Serbiya arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə və dünyada mövcud vəziyyət müzakirə olunub.

Səfər müddətində göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edən nazir Ceyhun Bayramov, Serbiyaya rəsmi səfərindən məmnunluq duyduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov bundan öncə Serbiyanın xarici işlər naziri kimi çalışan həmkarının 2021-ci ildə ölkəmizə səfərini və keçirilmiş görüşləri xatırlayaraq, bu kimi sıx təmasların iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında müstəsna rol oynadığını qeyd edib. 

Azərbaycan və Serbiya arasında müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, humanitar və s. sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin inkişafında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsindən bəhs olunub. Bu istiqamətdə ötən il iki ölkənin müxtəlif dövlət qurumları arasında bir sıra sənədlərin imzalanmasının təqdirəlayiq olduğu vurğulanıb.

Qarşı tərəf, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.

Nazir Nikola Selakoviç, Azərbaycan və Serbiya arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında səylərinə görə həmkarına təşəkkür edib, əlaqələrin daha da genişləndirilməsinə daim töhfə verməyə hazır olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər boşana bilməz — Açıqlama

Bu şəxslər boşana bilməz — Açıqlama

BÜRCLƏRİN ən yaxşı dostları

BÜRCLƏRİN ən yaxşı dostları

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Gülben Ergen “İnstagram”dan ayda 400 min QAZANIR

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı: 1 milyon 600 min...

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

İtaliya İspaniya ilə Şengen sazişini dayandırdı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı

Masallıda açıq ərazi yanır – VİDEO

Masallıda açıq ərazi yanır – VİDEO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Türkiyədə bələdiyyə sədri həbs edilib

Türkiyədə bələdiyyə sədri həbs edilib

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu ölkə adını DƏYİŞDİ

Bu ölkə adını DƏYİŞDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Ronaldo evlənir?

Ronaldo evlənir?

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

Günayın tətil qarderobu – VİDEO

Günayın tətil qarderobu – VİDEO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

End of content

No more pages to load

RADİO