Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.
Qeyd edək ki, ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.
Bizim.Media